9 Oktyabr 2026, Cümə
Azərbaycan Kubokunda yeni rekord Futbol üzrə Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb. Futbolxeber.az saytının Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, turnirin tarixində ilk dəfə eyni liqa təmsilçilərinin oyununda 12 və ya daha
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

"Qarabağ" rəsmiləri Türkiyənin idman nazirinin müavini ilə görüşüblər

"Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl, İdarə Heyətinin üzvü Asif Əsgərov və baş məşqçi Qurban Qurbanov Türkiyə gənclər və idman nazirinin müavini Enes Eminoğlu və Türkiyə Gənclər Fondunun (TÜGVA) sədri İbrahim Beşinci ilə görüşüblər.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir qonaqların Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarəti çərçivəsində baş tutub.

Görüşdə TÜİB-in sədri Hüseyin Büyükfırat, idarə heyətinin üzvləri, Milli Məclisin deputatı Naqif Həmzəyev də iştirak ediblər. Müxtəlif mövzuları müzakirə edən tədbir iştirakçıları qarşılıqlı əməkdaşlıq imkanları və digər proqramların təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

Enes Eminoğluna Ağdam klubunun forması hədiyyə olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31