20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qarabağ"ın "Neftçİ" üzərindəki qələbəsinin sirri bəlli oldu

 

Topaz Premyer Liqanın 25-ci turunda baş tutan “Neftçi” – “Qarabağ” oyunundan əvvəl maraqlı hadisə yaşanıb. Futbolxeber.az-ın Ağdam klubunun saytına istinadən məlumatına görə, “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl klubun məşqçiləri və texniki heyətinin üzvləri ilə görüşündə baş məşqçi Qurban Qurbanovdan cari mövsümdə üçüncü dəfə “Neftçi”yə qalib gəlmələrini istəyib.
 
“Biz tarix boyu “Neftçi”ni üç dəfə ardıcıl məğlub etmişikmi” – T.Gözəlin bu sualına Qurban Qurbanov  “Derbi tarixində heç kim ardıcıl üç qələbə qazana bilməyib” – cavabını verib.

Bu zaman “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib: “Derbi tarixində ən böyük seriya “Qarabağ”a məxsusdur. `Qarabağ` 2006-2010-cu illər arasında `Neftçi`yə 11 oyun və ya 1873 gün məğlub olmayıb. Amma tarixboyu heç kim üç qələbə qazanmayıb”.

Bundan sonra Tahir Gözəl Qurban Qurbanova deyib ki, “Qarabağ” bir ilkə imza ataraq “Neftçi”ni ardıcıl üçüncü dəfə məğlub etməlidir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30