29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“Qarabağ”ın yaxşısı Reynaldo oldu

Artıq 2013-cü il geridə qalmaq üzrədi. Futbolxeber.az-ın məlumatına görə, hər olduğu kimi “Qarabağ” Futbol Klubu ilin ən yaxşılarını seçdi. Ənənəvi olaraq sorğuya klubun idari, texniki və inzibati heyəti qatıldı. Ağda klubunun səsverməsi bir qədər standardlardan fərqlənir. 2013-də meydana çıxan 20 futbolçunun seçilmə imkanı vardı (2013-ün ilk yarısında “Qarabağ”da çıxış edənlər səsverməyə daxil edilməyib). Öncədən müəyyənləşmiş 20 futbolçu 20 ballıq şkalayla qiymətləndirilirdi. Yəni, 20-yə qədər xal 20 futbolçu arasında paylaşdırılmalıydı. Klubun direktoru Emrah Çelikel və baş məşqçi Qurban Qurbanovun da qatıldığı sorğu olduqca maraqlı alındı. Maraqlıdı ki, ötən illərə müqayisədə bu dəfə qalib böyük fərqlə qələbə qazandı. Bəli, gözlənildiyi kimi “Qarabağ”ın braziliyalı forvardı Reynaldo klub çalışanlarının rəğbətini qazanaraq ilin ən yaxşısı seçildi. Rekord səslə birinci olan 24 yaşlı hücumçu 1 isitisnayla hərkəsdən maksimum xal alıb. Reynaldo elə ilin əvvəlində komandaya qoşulub. “Anderlext”dən transfer edilən ön xətt oyunçusu ilin ilk yarısında cəmi 2 qol vursa da, həm kubok, həm də çempionatda hücum xəttində effektliliyi ilə komandaya böyük fayda gətirmişdi. Bu mövsüm isə fırtına kimi başlayan Reynaldo komandasının avrokuboklarda 5, Premyer Liqada 7, kubokda isə 1/4 finala yüksəlməyinə səbəb olan yeganə qola imza atıb. 2008-ci ildən keçirilməyə başlanılan sorğuda Admir Teliden sonra il sonunda klub çalışanlarının rəğbətini qazanan 2-ci əcnəbi oldu.

2-ci və 3-cü yerlər arasında isə ciddi mübarizə qeydə alınıb. Ötən il 3-cü olan Riçard Almeyda 2-ciliyi sadəcə 2 xalla Rəşad Sadıqovu qabaqlamaqla əldə edib. İlk 5-liyi isə ötən ilin qalibi Vüqar Nadirovla Qara Qarayev tamamlayıb.

Bütün qaliblər

2008 - Maksim Medvedev

2009 - Vaqif Cavadov

2010 - Rauf Əliyev

2011 - Admir Teli

2012 - Vüqar Nadirov


qarabagh.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31