19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Sumqayıt"ın əsas komandasında möhkəmlənmək istəyirəm"

"Sumqayıt" Futbol Klubu gənclərə önəm verməkdə davam edir. Futbolxeber.az-ın məlumatrına görə, Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Xəzər Lənkəran"la qarşılaşmada 1996-cı il təvəllüdlü futbolçu Bayram Nuruzadə əsas komandanın heyətində debüt oyununa çıxıb. 17 yaşlı adıçəkilən futbolçu klubun rəsmi saytına açıqlama verərək futbola gəlişindən danışıb və bəzi maraqlı məqamlara toxunub: "Futbola 9 yaşında başlamışam. Valideynlərim məni Sumqayıtda futbol məktəblərinin birinə yazdırmışdı. İlk məşqçim Ağamusa Bağırov olub. "Sumqayıt" Futbol Klubu yarandıqdan sonra isə bu komanda ilə müqavilə imzalamışam. Əvvəlcə U-15 komandasında çıxış etmişəm burada kapitan olmuşam. Ardınca isə U-17-yə dəvət almışam. Cari mövsümün əvvəlində isə Vaqif Paşayevin rəhbərlik etdiyi əvəzedici komandaya cəlb olunmuşam. Bu mövsüm əvəzedici komandada demək olarki bütün oyunlarda çıxış etmişəm"
 
"Xəzər Lənkəran"la keçirilmiş qarşılaşmada ilk dəfə əsas komandanın formasını geyinmiş Bayram Nuruzadə gələcəkdə "Sumqayıt" FK-da böyük uğurlara imza atmaq istədiyini də bildirib: "Tez-tez əsas komandanın baş məşqçisi Aqil Məmmədov məni və əvəzedici komandada çıxış edən bir neçə futbolçunu məşqlərə dəvət edirdi. Açığı, Lənkərana yollanacağımı bilmirdim. Qarşılaşmadan bir gün əvvəl Aqil müəllim mənim əsas komanda ilə səfərə yollanacağımı dedi. Sözün düzü, bu görüşdə oynayacağımı gözləmirdim. Lakin baş məşqçi ikinci hissədə məni meydana buraxdı. Ümid edirəm ki, meydanda olduğum müddətdə komandama kömək edə bildim. "Xəzər Lənkəran"la qarşılaşmada "Sumqayıt" yaxşı oyun nümayiş etdirdi. Deyərdim ki, bu görüşdə bəxtimiz də gətirmədi. Əsas hədəfim "Sumqayıt" Futbol Klubunun əsas komandasında möhkəmlənmək və uğur qazanmaqdır".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30