1 Iyun 2025, Bazar günü
PSJ "İnter"i darmadağın etdi
Kubokun qalibi "Sabah" oldu
U-21 millimizin heyəti açıqlandı
“Neftçi” 7 futbolçu ilə vidalaşdı

Ölkə futbolu

"Qarabağ" Litva millisinin hücumçusunu transfer edir?

Litva millisinin və Albaniyanın “Vora” klubunun hücumçusu Manfredas Ruzgis “Qarabağ”a keçə bilər.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Albaniyanın CNA nəşri yazıb.

Xəbərdə qeyd olunub ki, bu mövsüm 32 oyuna 24 qol vuran forvardın çıxışı Ağdam klubunun diqqətini cəlb edib və hazırda transferlə bağlı danışıqlar gedir. "Qarabağ"ın Ruzgisi yeni mövsüm üçün komandanı gücləndirəcək əsas transfer kimi gördüyü bildirilib.

O da qeyd edilib ki, "Vora" 28 yaşlı hücumçunun "Qarabağ"a satışından kifayət qədər yaxşı qazanc əldə edə bilər.

Qeyd edək ki, Manferad Ruzgis daha əvvəl Almaniyanın aşağı liqa klublarında, Lüksemburqun yüksək liqa təmsilçisi "UNA Strassen"də də çıxış edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30