2 Iyun 2025, Bazar ertəsi
Quliyevdən çempionluq şərhi
Minifutbol millimiz dünya çempionu oldu
PSJ "İnter"i darmadağın etdi
Kubokun qalibi "Sabah" oldu

Ölkə futbolu

Millimizin qapıçısı: “Sakitik, öz işimizi bilirik, hədəfimiz final oynamaqdır”

Minifutbol üzrə milli komandamızın qapıçısı Vəli Qafarovun Futbolxeber.az saytına müsahibəsi.

 

- Bakıda keçirilən dünya çempionatına heç-heçə (1:1) ilə başladınız. Bəhreynlə görüşdə qələbə qazanmağınıza nə mane oldu?

- İlk oyunlar həmişə çətin keçir. Heç nə olmaz. Bizim hədəfimiz final oynamaqdır. Ona görə də asta-asta oturub ilk matçdakı çıxışımızı analiz edib növbəti görüşlərə hazırlaşacağıq.

- Nikbin danışsanız da, ilk görüşdə komanda heç nə ilə yadda qalmadı. Sanki heç dünya çempionatına hazır deyilsiniz...

- Deməzdim hazır deyilik. Tamaşaçı kimi sizin istəkləriniz həmişə yüksək olur. Komandanın üzvü kimi deyə bilərəm ki, biz sakitik, öz işimizi bilirik. Futbolda belə hallar olur.

- Onda belə çıxır ki, milli komandamız ilk matçda bütün kartları açmaq istəməyib? Düşünürsünüz ki, qrup mərhələsini bir ayaqla da keçmək olar?

- Razıyam. Əlbəttə, istər-istəməz ilk matçdan hər şeyi ortaya qoya bilmərik. Biz favoritlərdən yalnız biriyik. Digər favoritlər də var və onları da nəzərə almalıyıq.

- Azarkeşlərin dəstəyini necə dəyərləndirirsiniz?

- Bizə verdikləri dəstəyə görə onlara minnətdaram. İlk matçda qələbə qazana bilmədik. Amma əlimizdən gələni edəcəyik ki, növbəti görüşlərdə onları sevindirək.   

- Dünya çempionatının ilk günündə keçirilən digər 7 oyunda sizin üçün hansısa sürpriz nəticə qeydə alındı?   

- Məncə, hələ ki hər şey öz yolu ilə gedir. Hər hansı ciddi bir sürprizlə qarşlaşmamışıq.

İbrahim Cəfərov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30