23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

AFFA hakimlərə fiziki təsir göstərən futbolçunu 10 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

19 dekabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Xəzər Lənkəran” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

19 dekabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun “Qəbələ” – “Bakı” matçının 90+1-ci dəqiqəsində “Bakı” klubunun baş məşqçisi İbrahim Uzunca texniki-zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 62).

19 dekabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun “Rəvan” – “Simurq” matçının 78-ci dəqiqəsində “Rəvan” klubunun 11 №-li futbolçusu Kamil Nurəhmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.3).

21 dekabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XV turunun “Göyəzən” – “Neftçala” matçının 65-ci dəqiqəsində “Neftçala” klubunun 12 №-li futbolçusu Novruz Rəhimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

22 dekabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XV turunun “Karvan” – “Ağsu” matçında “Karvan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

22 dekabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XV turunun “Araz Naxçıvan” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

18 dekabr 2013-cü il U-19 Liqasının “Neftçi” – “Xəzər Lənkəran” matçının 81-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 17 №-li futbolçusu Zaur Nuruzadə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

Oyunun 83-cü dəqiqəsində “Neftçi” klubunun 28 №-li futbolçusu Etibar Süleymanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

16 dekabr 2013-cü il U-17 Liqasının “Qarabağ” - “Turan-T” matçında “Turan-T” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

23 dekabr 2013-cü il U-17 Liqasının “Turan-T” - AZAL matçında AZAL klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

17 dekabr 2013-cü il U-15 Liqasının “MKT Araz” – AZAL matçının 46-cı dəqiqəsində AZAL klubunun 15 №-li futbolçusu İslam Bağırzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

17 dekabr 2013-cü il U-15 Liqasının “İnter” – “Qarabağ” matçının 62-ci dəqiqəsində “Qarabağ” klubunun baş məşqçisi Elvin Həsənov texniki-zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).

17 dekabr 2013-cü il U-15 Liqasının “Vətən” – “Turan-T” matçının 67-ci dəqiqəsində “Turan-T” klubunun 11 №-li futbolçusu Musa Zeynalov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

10 dekabr 2013-cü il U-15 Liqasının “Xəzər Lənkəran” – “Neft Qaz” matçında “Neft Qaz” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

17 dekabr 2013-cü il U-15 Liqasının “Şirvan” – “Neftçi” matçının 70-ci dəqiqəsində “Şirvan” klubunun 13 №-li futbolçusu Orxan Rəhimli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

15 dekabr 2013-cü il U-14 Liqasının “Vətən” – “Neftçi” matçının 19-cu dəqiqəsində “Vətən” klubunun 4 №-li futbolçusu İsrafil Qasımov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

15 dekabr 2013-cü il U-14 Liqasının AZAL – “Neftçi”İSM matçının 41-ci dəqiqəsində “Neftçi”İSM klubunun 19 №-li futbolçusu Fariz Qasımov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 44-cü dəqiqəsində AZAL klubunun 8 №-li futbolçusu Xəzər Qüdrətli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

15 dekabr 2013-cü il Atena U-12 Liqasının “İnter” -  “Todo” matçında “Todo” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

22 dekabr 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin İOEUGİM (Sumqayıt) – “Göyqurşağı” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

21 dekabr 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Gənclərbirliyi Azinlife” – “Gənclərbirliyi” matçının 60-cı dəqiqəsində “Gənclərbirliyi Azinlife” klubunun 6 №-li futbolçusu Elməddin Soltanzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

15 dekabr 2013-cü il Futzal üzrə Azərbaycan birinciliyinin “Khazar İslands” – “Neftçi-2” matçının 21-ci dəqiqəsində “Khazar İslands” klubunun 14 №-li futbolçusu Vüsal Nəsirov rəqibi təhqir etdiyinı görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

22 dekabr 2013-cü il Futzal üzrə Azərbaycan birinciliyinin “Xudəfərin” – “Çingiz” matçının 48-ci dəqiqəsində “Xudafərin” klubunun 5 №-li futbolçusu Erkin Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

22 dekabr 2013-cü il Futzal üzrə Azərbaycan birinciliyinin “Akkord” – “Baku Fire” matçının 46-cı dəqiqəsində “Akkord” klubunun baş məşqçisi Elnur Qəmbərov hakimlərə fiziki təsir göstərdiyinə görə 20 oyunluq cəzalanır (maddə 38.8).

Oyun bitdikdən sonra “Akkord” klubunun 4 №-li futbolçusu Abuzər İbrahimov hakimlərə fiziki təsir göstərdiyinə görə futbolçu 10 oyunluq cəzalanır (maddə 38.6).

23 dekabr 2013-cü il Həvəskarlar arasında futzal üzrə Azərbaycan birinciliyinin “Zirvə” – “Sədərək” matçı başa çatdıqdan sonra “Sədərək” klubunun 4 №-li futbolçusu Elxan Abbasov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalanır (maddə 42.3).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30