28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Yuri Syomin: “Neftçi” və “Qarabağ”a bütün oyunlarda uduzsaq da…”

Azərbaycan Premyer Liqasında XVIII turun oyunlarından sonra qış fasiləsi yarandı. Futbolxeber.az-ın məlumatına görə, çempionatın III dövrəsinə 2014-cü ilin fevralın 1-də start veriləcək ki, “Qəbələ” həmin gün “Sumqayıt”ın qonağı olacaq. Fasiləyə yollanmadan öncə komandanın baş məşqçisi Yuri Syomin gabalafc.az üçün mövsümün ilk yarısını dəyərləndirib. O, qış fasiləsinə yaxşı nəticə ilə yollandıqlarını bildirib:

“Çempionatının ilk yarısını yüksək əhval-ruhiyyədə başa vurduq. Futbolçuların tam gücü ilə oynamaları məni sevindirir. Komandamın işə münasibətindən çox razı qaldım. Texniki personaldan rəhbərliyə kimi hamı öz işini dəqiq yerinə yetirirdi. Turnir cədvəlində yuxarı pillədə olmağımız bunun nəticəsidir. Bu, bizə çempionluq uğrunda mübarizə aparmağa imkan verir. İkinci dövrədən fərqli ilk dövrədə daha çox xal toplamağımız yaxşı cəhətdir. Bu, komandanın yüksəlişdə olduğunu göstərir. Hesab edirəm ki, qış fasiləsinə 2-ci pillədə yollanmağımız klub kollektivinin uğurudur”.

Rusyalı çalışdırıcı mövsümün ikinci yarısında bundan da çox xal toplayıb, marafonu 1-ci yerdə başa vurmaq istəyir:

 “Biz bunun üçün rəqibləri fərqləndirməyib, hamısına qalib gəlməliyik. Onu nəzərə alaq ki, “Neftçi” və “Qarabağ”a bütün oyunlarda uduzsaq da, bu, bərabər mübarizə şəraitində oldu. Üstəlik, məğlubiyyətlərimiz minimal fərqlə olub. Yəni qorxulu heç nə yoxdur və yolumuza davam etməliyik”.

Syomin qış fasiləsində müəyyən mövqelərin gücləndirilməyi vacib sayır:

 “Əlbəttə, komandamızda yerli futbolçularının sayını artımaq lazımdır. Özü də onlar rəqabət apara biləcək futbolçular olmalıdır. “Qəbələ” fasilədə heyətini lazımınca komplektləşdirə bilsə, daha güclü komanda olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31