23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“İmarət” ilin yekununu keçirdi

“İmarət” azad azarkeş qrupu ənənəvi olaraq ilin hesabat tədbirini keçirib. Futbolxeber.az-ın məlumatına görə, “Qafqaz Point Hotel”də baş tutan tədbirə “Qarabağ” Futbol Klubunun direktoru Emrah Çelikel, baş məşqçi Qurban Qurbanov, futbolçulardan Rəşad Sadıqov, Qara Qarayev, Namiq Yusifov da iştirak edib. Eyni zamanda içtimai, sosial xadimlər də tədbirə təşrif buyuranlar arasında olub.

Tədbirin başlanğıcında azarkeş qrupunun üzvü Qabil Hüseynov “İmarət”in 2013-cü ildə gördüyü işlər haqqında hesabat verib. Ardınca, Emrah Çelikel çıxış edərək “İmarət”in varlığının “Qarabağ” ruhuna xusüsi abu-hava gətirdiyi bildirib. Emrah bəyin ardınca Qarabağ qazisi Rey Kərimoğlu, “Qarabağ” Futbol Klubunun tarixinə adlarını yazdırmış Habil Qurbanov, Adil Nadirov və başqaları çıxış edərək “Qarabağ”, “İmarət” haqqında tədbir iştirakçılarına öz xatirələrini danışıblar.

Bundan sonra isə mükafatlandırma mərasimi baş tutub. Azarkeşlər ötən il ən yaxşıları seçmələrinə baxymayaraq, bu il sadəcə ən yadda qalanları fərqləndiriblər. Mükafatları isə  “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov təqdim edib. Belə də komandanın kapitanı Rəşad Sadıqov “Qarabağ” adına sadiq qaldığı üçün, “Ən sadiq futbolçu” nominasiyasına layiq görülüb. Klubun meneceri Asif Əsgərov azarkeşlərlə işini təşkilini görə “Azarkeşin dostu” adı ilə təltif olunub. Bu il “İmarət” fan klubu ölkədə ilk dəfə olaraq azarkeşlik etdiyi komandaya mahnı bəstələmişdi. Bu mahnının bəstələnməsində heç bir təmməna güdmədən ürəklə və keyfiyyətli iş gördüyü üçün bəstəkar Xanım İsmayılqızı “Azarkeşin sevimli bəstəkarı” adına layiq görülüdü.

Ötən ildən fərqli olaraq azarkeşlər “Qarabağ”a aid ən yaxşı yazını seçibliər. Ən yaxşı yazı isə Vüsalə Məmmədovanın yazısı seçildi.

“İmarət” hər il “Qarabağ” ailəsinə, komandanın tarixinə də nəzər salır. 98-99-cü illərdə komandanın prezidenti olmuş Yunis İldırımzadə ən çətin vaxtlarda kluba sahib çıxmışdı. O, heç bir təmənna güdmədən komandaya sponsorluq edib “Qarabağ” adını yaşatdığına görə “Azarkeşin sevimli prezidenti” adına layiq görülüb.

Olduqca səmimi xarakterdə davam edən tədbirdə iştirakçılar “Qarabağ”la bağlı öz fikirlərini bildirib, baş məşqçi Qurban Qurbanov və kapitanımız Rəşad Sadlqovdan müxtəlif səpgili sualların cavabını soruşublar.

Sonda  tərəfdalarz komanda üzvləriylə xatirə şəkilləri çəkdiriblər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30