25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında 11-ci hakim

Azərbaycan Premyer Liqasının 18-ci turunda keçirilən “Xəzər Lənkəran” - “Sumqayıt” qarşılaşmasını idarə edən Ramil Əhmədov mövsümdə ilk dəfə baş hakim kimi meydana çıxıb. Futbolxeber.az-ın məlumatına görə, əvvəlki qarşılaşmalarda dördüncü hakim və əlavə hakim köməkçisinin funksiyasını yerin yetirən ədalət təmsilçisi bu mövsüm ilk dəfə azərbaycan Azərbaycan Premyer Liqasında matç idarə edib. Əhmədov 18 turun 90 matçında baş hakim kimi iştirak edən 11-ci referidir. 2012/13 mövsümündə də 2 qarşılaşma idarə edən hakim özünün 2-ci mövsümündə meydana çıxıb.

Cari mövsümdə meydana çıxan 11 baş hakim arasında rekord isə Əliyar Ağayevə məxsusdur. FIFA hakimi 16 matçda iş başında olub. Premyer  Liqada 5-ci mövsümünü keçirən Ağayev ölkə çempionatındakı ümumi oyun sayını 70-ə çatdırıb.

Ümumiyyətlə ötən mövsüm baş hakim kimi meydana çıxan 13 referinin 10-u bu mövsüm yenə meydanda olub. Anar Salmanov, Elçin Məmmədov və Namiq Bəkirovun kənarda qaldığı mövsüm Səbayel Qurbanovanın Premyer Liqaya qayıdışı ilə əlamətdar olub. Qadın hakim 2011/12 mövsümündə oyun idarə etsə də, 2012/13 mövsümündə Premyer Liqa oyunlarına təyinat almamışdı.

Qeyd edək ki, cari mövsümdə özünün 200-cü çempionat matçını idarə edən Vüsal Əliyev ən azı bu qədər qarşılaşma idarə edən 5-ci hakim olub.

Hakim

Cari mövsümdə oyun sayı

Mövsüm sayı

Ümumi oyun sayı

1.

Əliyar Ağayev

16

5

70

2.

Rəhim Həsənov

15

5

68

3.

Vüsal Əliyev

13

11

202

4.

Fariz Yusifov

12

12

222

5.

Orxan Məmmədov

11

4

30

6.

Rauf Cabbarov

10

6

61

7.

Ramil Diniyev

7

6

44

8.

Elvin Əsgərov

3

6

36

9.

Səbayel Qurbanova

1

2

3

10.

Ömər Paşayev

1

2

2

11.

Ramil Əhmədov

1

2

3

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30