20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Mövsümün 200-cü qolu

Azərbaycan Premyer Liqasının 2013/14 mövsümündə 200-cü qol vurulub. Futbolxeber.az-ın məlumatına göə, yubiley topunun müəllifi AZAL-ın oyunçusu Con Oluremi olub. 18-ci turun “Neftçi” ilə ev oyununda hesabı açan futbolçu mövsümün 200-cü qolunu vurub.
 
Belə ki, ilin son turu ərəfəsində çempionatın 85 qarşılaşmasında 196 qol vurulmuşdu. Son oyun gününün 4-cü qolu yubiley xarakteri daşımalı idi. “Neftçi” ilə görüşün 19-cu dəqiqəsində fərqlənən Con da bu yubiley qolunun müəllifi adını qazanıb.
 
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu. 100-cü qol isə AZAL-ın oyunçusu Qərib İbrahimovun hesabındadır. Conun komanda yoldaşı 9-cu turun “Simurq”la ev oyununda hesabı açmaqla fərqlənmişdi.
 
Başa çatan ilk 2 dövrədə isə ümumilikdə 213 qol qeydə alınıb. Baş tutan 90 qarşılaşmada orta məhsuldarlıq 2,37-yə bərabər olub. 1-ci dövrənin 45 matçında bu rəqəm 2,33-ə, 2-ci dövrədə isə 2,40-a bərabərdir. Dövrələr üzrə müvafiq olaraq 105 və 108 top vurulub.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30