24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Çixradze: “Diniyevlə heç bir problem yaşamadıq”

“Komanda yaxşı oyun göstərdi, 3-0 hesabı ilə qalib gəldik. Qış fasiləsinə yaxşı əhval-ruhiyyədə gedirik. Komandaya mövsümün ilk yarısına görə təşəkkür edirəm, Yeni il münasibəti ilə hamını təbrik edirəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Rəvan”la oyundan sonra “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.

Çixradze həmkarı ilə aralarında problem olmadığını qeyd edib: “Oyunda Şahin Diniyevlə heç bir problem yaşamadıq, futbolçuların bir-birinə qarşı sərt oynadığı epizoda reaksiya göstərdim. Çempionatda asan oyun, asan rəqib yoxdur. Qol vurana kimi oyun çox çətin gedirdi, hesabı açdıqdan sonra isə daha rahat oynadıq. Komandanı gücləndirmək həmişə lazımdır. Fasilədə heyətimizə 1-2 yeni futbolçu cəlb edəcəyimizə ümid edirəm. Bu, həm rəqabəti, həm də oyun keyfiyyəytimizi artırmaq üçün lazımdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30