19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Sadıqov: “Tarixi qələbə qazandıq”

“Tarixi qələbə qazandıq. “Neftçi”yə qarşı uğurlu nəticələrimiz yox idi. İkinci dəfədir ki, komanda oyuna fərqli taktika ilə çıxır”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis hakimin verdiyi vərəqələrin haqlı olduğunu qeyd edib: “Simurq”la oyunda ağır məğlubiyyət aldıq. Bugünkü oyunda isə rəqibə təzyiq etdik, üstün cəhətlərini göstərməyə imkan vermədik. Cinahları dəyişməklə qələbə qolunu vurmaq istəyirdik. Oyunun sonlarına yaxın bunu Şemonayev həyata keçirdi. Azarkeşlərimizi qələbə ilə təbrik edirəm. AZAL-da komanda ruhu var, qələbəyə köklənmişdik, rəqibdən çəkinmədik. Qış fasiləsində çatışmazlıqlar üzərində işləyəcəyik. Çempionatda zəif rəqib yoxdur, çempionatın inkişafı göz qabağındadır. İnanıram ki, gələcəkdə AZAL-dan da milli komandaya futbolçular dəvət olunacaq. Yaşıl meydanlardan kənarda həmişə “Neftçi”yə azarkeşlik edirəm, AZAL-ın baş məşqçisi kimi isə komandamın qələbəsi üçün çalışıram. Hakimin verdiyi qırmızı vərəqələri haqlı sayıram. Bu heyətimizi qoruyub saxlamağa çalışacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31