19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Qol vurmağa çətinlik çəkmirik”

“İlk dövrənin son oyunu idi, bizim üçün çox vacib oyun idi. Həm kubokda, həm də liqada son 4 oyunda uğurlu çıxış etdik. Qarşıdakı 40 günü yaxşı dəyərləndirməliyik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”la oyundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.

Türkiyəli mütəxəssis qeyd edib ki, bugünkü oyunda qələbə qazanmayacağı halda, komandası istirahətə həsrət qalacaqdı: “Liderlər qrupu ilə olan xal fərqini azaltmaq lazımdır. Digər rəqiblərin nəticələrindən məlumatım yoxdur. Oyunun sonlarına yaxın komanda rahatladı, hesab 4-1 olduqdan sonra uşaq səhvlərindən qollar buraxdıq. Bu cür səhvlər buraxan futbolçular bir daha öz oyunlarını nəzərdən keçirməlidirlər. Qol vurmağa çətinlik çəkmirik. Buna qədərki oyunlarda qapımızdan qol buraxmadıq, indi isə rəqib komanda 3 qol vurdu. Oyunda xətalar ola bilər, amma bu cür bəsit olmalı deyil. Qış fasiləsində bunun üzərində çalışacağıq. Qarşıda 18 tur var, azarkeşlərimizi sevindirməyə çalışacağıq. “Xəzər Lənkəran” olaraq öz sözümüzü deməliyik. Heç nəyə baxmayaraq futbolçularımı təbrik edirəm. Qələbə qazanmasaydıq komandaya qış tətili verilməyəcəkdi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31