19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: 200-cü oyun

Azərbaycan Premyer Liqasının XVIII turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Azərbaycan çempionatında 200-cü dəfə baş məşqçi kimi komandasını meydana çıxaracaq. “İnter”lə dekabrın 20-də baş tutacaq oyuna qədər 199 qarşılaşmada iş başında olan Qurbanov buna 2 klubda nail olub. 2006/07 və 2007/08 mövsümlərində “Neftçi”yə rəhbərlik edən 41 yaşlı çalışdırıcı 6 mövsümdür “Qarabağ”a rəhbərlik edir. Bu matçlarda onun yetirmələri 104 qələbə qazanıb, 55 heç-heçə edib və yalnız 40 dəfə uduzub.

Mövsüm

Klub

O

Q

H

M

T/F

X

2006/07

Neftçi

24

17

3

4

47-15

54

2007/08

Neftçi

4

2

1

1

9-4

7

Cəmi

Neftçi

28

19

4

5

56-19

61

               

2008/09

Qarabağ

26

14

7

5

35-22

49

2009/10

Qarabağ

32

14

12

6

31-26

54

2010/11

Qarabağ

32

17

7

8

41-22

58

2011/12

Qarabağ

32

15

8

9

37-28

53

2012/13

Qarabağ

32

16

11

5

43-26

59

2013/14

Qarabağ

17

9

6

2

29-11

33

Cəmi

Qarabağ

171

85

51

35

216-135

306

               

Cəmi

2 kubda

199

104

55

40

272-154

367

Qurbanovun baş məşqçi kimi çempionatda debütü 2006-cı il avqustun 8-nə təsadüf edib. Həmin günü mütəxəssisin çalışdırdığı “Neftçi” öz meydanında “Gənclərbirliyi”ni darmadağın edib – 6:1. 2010-cu il noyabrın 11-də AZAL-la oyundakı 0:2 hesablı məğlubiyyət isə mütəxəssis üçün 100-cü olub.

Qeyd edək ki, Qurbanov Azərbaycan çempionatlarının 21 illik tarixində (1992-2013) ən azı 200 oyun keçirən 7-ci mütəxəssisdir. Bu siyahıya Qəhrəman Əliyev başçılıq edir - 381 matç. Ondan başqa, Ağasəlim Mircavadov, Əsgər Abdullayev, Kazbek Tuayev, Mehman Allahverdiyev və Vaqif Sadıqov da 200 oyun səddini arxada qoymağı bacarıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30