18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlar

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, aparılmış müzakirələrdən sonra yekdilliklə aşağıdakı qərarlar qəbul edilib:
 
1. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun müqaviləsi 2015-ci il dekabrın 31-dək uzadılsın.
2. UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olması lisenziyalaşdırma prosesində A dərəcəli meyar (mütləq) kimi qəbul olunsun.
3. Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunsun və onun məvacibi AFFA-nın hesabına ödənilsin. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq.
4. İcraiyyə Komitəsinin 14 avqust 2013-cü il tarixli iclasında klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qəbul edilmiş qərarın icrasının müddəti 2 ay uzadılsın. Göstərilən müddətə qədər qərarı müvafiq qaydada icra etməyən klublara İntizam Komitəsi tərəfindən ciddi sanksiyalar tətbiq olunacaq.

affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30