18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Əfqan Talıbov: "Hər şey maddi durumumuzdan asılıdır"

 

“Səfərdə oynamağımız komandaya mənfi təsir edir. Komanda azarkeş dəstəyindən də məhrum olur". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra "Turan"ın baş məşqçisi Əfqan Talıbov deyib.

Talıbov bildirib ki, komandası Tovuza qayıtdıqdan sonra daha yaxşı oynayacaq: "Heyətdə çoxlu gənc futbolçularımız var. Gələcəkdə onlara üstünlük verməyə çalışacağıq. Budaq Nəsirov bu gün özünü yaxşı tərəfdən göstərdi. AZAL yaxşı komandadır, pressinqlə oynayır. Heyətində təcrübəli futbolçular var. AZAL-ın qol imkanları bizdən çox oldu. Biz isə yaratdığımız dörd imkandan heç birini reallaşdıra bimədik. Kamal Bayramov zədəli olmasına baxmayaraq çox top çıxardı. Salif Ballo təhlükəli hücumçu olsa da, tək oynamağa çətinlik çəkir, təcrübəsi çatmır. Hər şey maddi durumumuzdan asılıdır, sponsor axtarışındayıq. Stadionumuz düzəldikdən sonra doğma meydanda əsl “Turan” kimi oynayacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30