Ölkə futbolu
Hafiz Məmmədov: “Canal+”in əməkdaşları bura məqsədli şəkildə göndərilmiş killerlər idilər”
“Bakı” klubunun prezidenti Hafiz Məmmədovun Stadium.az saytına müsahibəsi:
- Hafiz müəllim, əvvəlcə “Bakı”nın “Qarabağ”ı məğlub etməsi barədə fikirlərinizi öyrənmək istərdik...
- Bu gün “Bakı”nın qələbə qazanacağına inanırdım. Ümumiyyətlə, komandama inanıram. Məşqçini də tələsdirmək olmaz. Buna baxmayaraq, liderdən də çox uzaq düşmək lazım deyil. Bu, hələ Pantiçin komandası deyil. O, öz komandasın yaradandan sonra, onun futbolun görəcəyik. Düzünü deyim ki, oyunun ilk yarısına baxdım. İlk yarı başa çatandan sonra maşına minib stadiona gəldim, hesab da artıq 2:1 idi. Mən yolda olanda qollar vurulmuşdu.
- Bəs komandanın ümumi vəziyyəti, çıxışı, əldə etdiyi nəticələr sizi qane edir?
- Razıyam. Bir sıra futbolçularımızı bəzi insanlar bəyənmirdi. “Lans” bizdən bir neçə futbolçu bəyənmişdi. Kamran Ağayevi, Rauf Əliyevi, Əfran İsmayılovu və Cavid Hüseynovu. Onları buraxmadıq, indi isə öz sözlərini deyirlər. Bu iki komanda - “Lans” və “Atletiko” bizə kömək edəcək. “Lans” konkret olaraq Azərbaycan klubudur. “Atletiko”yla da əməkdaşlığımız istənilən səviyyədədir. Pantiçi də bura onun üçün gətirmişik. “Bakı”da ispan modeli olmalıdır. Bunun üçün isə işlər görülməkdədir. Komandaya bir menecer gətirəcəyik. Bu menecer də rəhbərliyə kömək edəcək.
- “Lans” və ya “Atletiko”dan “Bakı”ya hansısa futbolçuların keçidi gözlənilir?
- “Lans”da bizim görüşümüz oldu. İnanın 3-4 futbolçu özü dedi ki, “Bakı”ya gəlmək istəyirlər. “Bakı”ya ulduz futbolçunun gətirilməsi planda yoxdur. Çünki ulduz futbolçu gəlib burada kimlə oynayacaq?! Səviyyəli argentinalı oyunçu Fransada 400 minə oynamağa razıdır, amma bura bir milyona gəlmir. Çünki Fransada yaşayır, orda oynayacaq. Mən “Lans”da futbolçuların qazancına baxıram, 200-300 min avro qazanırlar. “Bakı”dakı oyunçular onlardan çox qazanır.
- Hazırda Azərbaycanda alman modeli tətbiq edilməkdədir. Siz konkret ispan modelinə üstünlük verəcəksiz?
- Yoxdu axı alman modeli, sadəcə metodika var. Azərbaycanda alman modelin tətbiq etmək üçün, futbolçular gedib orda yaşamalıdır, orda oynamalıdır. Biz indi idarə heyətin yaradırıq. Bu iş bir qədər vaxt aparan məsələdir, çünki tələsmək olmaz. Yalnız onu deyə bilərəm ki, Papen idarə heyətində olacaq və ispan mütəxəssis də burda yer alacaq.
- Hər şeyi öz gözləri ilə görmələri üçün Fransa və İspaniyaya azərbaycanlı jurnalistlərin səfərini təşkil etmək fikriniz var?
- Nə vaxt ürəyiniz istəsə, hazıram. “Atletiko” ilə də danışığımız olub. Hər oyunda nə qədər jurnalist getmək istəsə, buyura bilərlər. Özü də VİP sektorda 10-12 nəfərlik yerləri var. Üstəlik, Arda Turanı və digər futbolçuları görmək istəyirlərsə, uşaqlarınızı da apara bilərsiniz. Orada jurnalistlər arasında yarış keçirə bilərik. Ürəyiniz nə istəsə, hazırıq. Bu barədə hələ sponsorluq anlaşması imzaladığımız vaxt razılığa gəlmişdik. Sonradan pulu ödəyərkən, klubun səhmlərinə də sahib olmağa qərar verdik.
- Fransa mətbuatı sizdən müsahibə almışdı və tənqid hədəfinə çevirmişdi. Buna münasibətniz necə oldu?
- Məsələn nə?
- Konkret olaraq “Canal+” sizi tənqid hədəfi seçmişdi...
- Bunu xalq etmir ki... Əsas məsələ odur ki, Lansda hamı bizi sevir. Bu kanal məni anonsa çıxartmışdı ki, kimdir bu adam (gülür). Onların etdikləri boş şeylərdir, belə məqamlara fikir verməyin. Hara gedirdimsə, məni izləyirdilər. “Sağ ol ki, gəldin, “Lans”ı xilas etdin” deyə məni alqışlayırdılar. Amma “Canal+”in əməkdaşları bura məqsədli şəkildə göndərilmiş killerlər idilər.
- Sizcə niyə belə etdilər, bunun arxasında nə dayanır?
- Təbii ki, erməni lobbisi. Bu, fransızın işi deyildi. Onlar bura konkret olaraq məni hədəf alaraq gəlmişdilər. Hətta müsahibədən öncə mənə Fransadan bildirmişdilər ki, belə də olacaq. Mən burda olmadığımdan, həmin jurnalistlər 8 gün Bakıda qalmışdılar. Bizim uşaqlar isə onların qulluğunda yaxşı durublar. Sizi inandırım, bu məqam hələ onları bir qədər yumşaltmışdı, yoxsa daha çox böhtan atacaqdılar. Daha da sərt yazmalıydılar. Sifarişləri belə idi. Bir adamlar ki, evimdə məni gizlincə kameraya çəksinlər, daha onlardan nə gözləyəsən. Hələ müsahibəyə keçməmişdən əvvəl onlarla söhbət edirik, kameranı qoyubar yerə, sən demə elə yerdən çəkirmişlər. Elə belə evdə gəzişirik, əllərində də kamera yoxdur, amma verlişdə bunları da verirlər. Düyməli kameradan istifadə ediblər. Mən onlarla müsaibədən əvvəl xoş niyyətlə bir çox məsələlərdən danışdıq, amma bunlar başqa şey verir efirə.
- Onların bu verilişindən sonra Azərbaycanda da bəzi qüvvələr bundan istifadə edib sizi tənqid etməyə başladılar...
- Mən də məhz bu insanları başa düşə bilmirəm. Onlar erməninin istəyiylə belə edir, bəs bunlara nə olub, anlamaq olmur...
- Siz AFFA İcraiyyə Komitəsinin üzvüsüz. Milli komanda da baş məşqçi Berti Foqtsun qalmasını istəyirsiz?
- Məncə qalmalıdır. Bilirəm, alınmır, yaxşı işləmir, amma futbolçular dəyişməlidir.
- Sanki AFFA rəhbərliyindən sizə qarşı soyuq münasibət də var. Çünki tədbirlərinizə yüskək vəzifəli şəxsləri qatılmır...
- Yox, mən elə düşünmürəm, sadəcə mənə arxayındırlar. Rövnəq Abdullayev çox yaxşı insandır. Bizlər bir-birilərimizə çox yaxın və bələd insanlarıq. Mənim AFFA-yla nə işim var axı, mənə klublar lazımdır. İndi 100 gənc futbolçu “Lans”a, 100 gənci də “Atletiko”ya yollamalıyıq, amma tapa bilmirik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Rövşən Hüseynli: “Bu, “Araz-Naxçıvan”ın tarixində ən çətin iki çempionluqdan biridir”
-
12:26
Montella: “Komandada həyəcan var”
-
11:05
“Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
-
10:32
"Neftçi"nin futbolçusunun toyu oldu VİDEO
-
10:13
ABŞ - Paraqvay matçında 5 qol VİDEO
-
09:48
96 illik həsrətin sonu
-
07:20
DÇ-2026: ABŞ millisindən əla start
-
01:51
DÇ-2026: Kone ən yaxşı seçildi
-
01:34
Kanada millisinin baş məşqçisi: "Aqressiv oynamırdıq"
-
01:19
Kanada millisindən tarixi nəticə
-
00:57
DÇ-2026-da ilk heç-heçə qeydə alındı
-
21:56
“Yuventus” sabiq müdafiəçisini geri qaytarmaq istəyir
-
20:27
Onana “Mançester Yunayted”də qalacaq
-
20:00
DÇ-2026: Türkiyə ilə oyundan əvvəl yeni müqavilə
-
19:11
Qusarın icra başçısı Füzuli Məmmədov və köməkçilərini qəbul etdi
-
18:38
“Turan Tovuz”la bağlı 11 klub CAS-a müraciət etdi
-
18:09
Klub nümayəndələri ilə növbəti mövsümün planlarını müzakirə edilib
-
17:54
Fransa klubunda 33 yaşlı baş məşqçi
-
17:42
Sergey Yuranın yeni iş yeri müəyyənləşdi
-
17:23
“Real” italiyalı futbolçu ilə danışıqlara başladı
-
16:35
“Roma”nın yarımmüdafiəçisi “Arsenal”ın hədəfində
-
16:17
"Gəncə" serb legionerlə gücləndi
-
16:00
Azərbaycan kanoeçisi Avropa çempionu olub
-
15:41
“Qəbələ”nin yetirməsi “Şahdağ Qusar”da
-
15:28
“Karvan-Yevlax” daha bir legionerlə vidalaşdı
-
14:52
“O, “Real”a heç 500 milyona avroya da getməyəcək”
-
14:16
Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
-
13:34
DÇ-2026-da faciə: alman azarkeş vəfat etdi
-
13:09
Şahin Diniyev: “Cənubi Koreya Meksikadan daha baxımlı oyun sərgilədi”
-
12:43
"Sumqayıt"da itki - 6-9 ay oynamayacaq
-
12:15
“Şəfa”dan növbəti transfer
-
11:50
Bu “lənət” Argentinanın dünya çempionluğuna imkan verməyəcək
-
11:27
Cənubi Koreya millisi “ənənə”ni davam etdirdi
-
10:31
Oblak karyerasını İtaliyada davam etdirə bilər
-
09:48
Cənubi Koreya – Çexiya VİDEO
-
08:12
Cənubi Koreya - Çexiya matçının ən yaxşısı o seçildi
-
07:56
DÇ-2026: Cənubi Koreya millisindən əzmkar qələbə
-
01:24
Dünya çempionatları tarixində 6-cı ən gənc futbolçu oldu
-
01:03
DÇ-2026 start götürdü: 2 qol, 3 qırmızı vərəqə, Meksikanın qələbəsi
-
00:19
DÇ-2026: İlk qırmızı vərəqə göstərildi
-
23:58
Klublara lisenziyalar təqdim olunub
-
23:42
CAR millisinin baş məşqçisi dünya çempionatlarının tarixinə necə düşdü?
-
23:27
DÇ-2026-nın açılışı FOTOLENT
-
23:15
DÇ-2026-nın ilk qolu vuruldu
-
23:04
Meksika millisinin qapıçısı tarixə düşdü
-
21:23
“Sumqayıt”ın müdafiəçisi beynəlxalq turnirin qalibi oldu
-
20:00
“Lill”in vingeri Bakı klubunda
-
19:37
Qurban Qurbanovla görüşmək arzusunda olan azarkeşin istəyi reallaşdı
-
19:16
Amin Seydiyev “Zirə”yə keçdi
-
18:52
Millilərimizin rəqibləri müəyyənləşdi
-
18:09
"Qarabağ"ın İdarə Heyətinin iclası keçirilib
13.06.2026
12.06.2026
11.06.2026























