25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Bakı"nın üzvləri "Atletiko" - "Porto" oyununda

Madriddə təlim-məşq toplantısını davam etdirən “Bakı”nın U-14 komandasının üzvləri geridə qalan 2 gün ərzində bir-birindən maraqlı hadisələrin şahidi olublar. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 11 dekabr gününü paytaxta gəzinti ilə başlayan gənc futbolçularımız axşam UEFA Çempionlar Liqasının "Atletiko" - "Porto" qarşılaşmasını “Visente Kalderon” stadionun tribunlarından canlı izləyiblər. "Atletiko"nun 2:0 hesablı qələbəsi ilə başa çatan oyun həyəcanlı anlara səbəb olub.

Həmin gün nümayəndə heyətində yer alan məşqçilər klubun idarəçiləri ilə bir araya gəliblər. Xarici əlaqələrə və əməkdaşlıq layihəsinin rəhbəri Mariya Tereza Chirivi ilə bir araya gələn məşqçilər U-15 komandasının Madriddə təlim keçən 5 üzvü ilə bağlı ətraflı məlumat alıblar. "Bakı" futbol akademiyasının baş koordinatoru Yuksəl Kepoğlu gənc futbolçuların şəraiti ilə tanış olaraq, hazırlığın gedişini əks etdirən hesabatı dinləyib.

Bu arada “Bakı”nın U-14 komandası daha bir yoxlama oyunu keçirib və 1:5 hesabı ilə məğlub olub. Xatırladaq ki, ilk oyunda bakılılar qalib gəlmişdilər.

U-14 komandası ispan məşqçilərin nəzarəti altında məşqlərini davam etdirirlər. Komanda daha bir yoxlama oyunu keçirəcəyi planlaşdırılır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30