19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ” sabah Bakıya gəlir

Premyer Liqanın XVII turu çərçivəsində keçiriləcək "Neftçi"-"Qəbələ" oyununun hazırlıqlarını doğma məkanda davam etdirən "qırmızı-qaralar"ın planında dəyişiklik edilib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxta matçdan bir gün öncə - dekabrın 14-ü yola düşməyi planlaşdıran Yuri Syominin komandası qarlı hava şəraiti ilə bağlı Bakıya daha tez yollanacaq. Kollektiv Qəbələdə son məşqinə sabah günün birinci yarısında çıxacaq. Günün ikinci yarısında isə komanda Bakıya üz tutacaq. "Qırmızı-qaralar" matç öncəsi son məşqi dekabrın 14-ü saat 18:00-da paytaxtda - oyunun keçiriləcəyi "Bakcell Arena"da baş tutacaq.

Xatırladaq ki, "Neftçi"-"Qəbələ" qarşılaşması dekabrın 15-i saat 18:00-da start götürəcək. Görüş "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30