24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Turun ən yaxşısı bəlli oldu

Azərbaycan Premyer Liqasında 16-cı turun rəmzi komandası açıqlanıb. Futbolxeber.az-ın məlumatına görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:

Qapıçı: Giorgi Lomaya (İnter);

Müdafiəçilər: Ansi Aqolli (Qarabağ), Rasim Ramaldanov (Xəzər Lənkəran), Brüs Abdulaye (İnter), Mahir Şükürov (Neftçi);

Yarımmüdafiəçilər: Muarem Muarem (Qarabağ), Qara Qarayev (Qarabağ), Leroy Corc (Qarabağ), Marinaldo da Silva (Qarabağ);

Hücumçular: Reynaldo Silva (Qarabağ), Daniel Subotiç (Qəbələ).

Topa sahib olmada “Qəbələ” və “Qarabağ”, hücum sayında isə “Neftçi” və “Sumqayıt” klubları fərqləniblər. “Gənclik şəhəri”nin təmsilçiləri ötən tur rəqib qapısına hamıdan çox zərbə endirib, həmçinin, digərlərindən daha çox top itkisinə yol verib. Dəqiq ötürmələrdə paytaxt təmsilçiləri - “Neftçi” və “İnter”in futbolçuları digərlərindən üstün olub. AZAL və “Qarabağ” futbolçuları hərəyə 4 dəfə oyundankənar vəziyyətə düşüb. Paytaxtın eyniadlı komandası ötən tur 8 künc zərbəsi ilə digər komandaları bu göstəricidə üstələyib.

Komanda yoldaşlarına ən çox ötürmə edən Rəşad Sadiqov (Neftçi), rəqib qapısına ən çox zərbə endirən Daniel Subotiç (Qəbələ), hava mübarizələrində hamıdan uğurlu isə Anderson Olivyeradır (Simurq).

Azərbaycan Premyer Liqasında 16-cı turun ən yaxşı oyunçusu isə “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Reynaldo Silvadır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30