20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qarabağ"ın heyətində ciddi itkilər

“Qarabağ” məşqlərə başlayıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Premyer Liqanın sonuncu turunda “Neftçi”ni məğlub edərək liderliyini geri alan Ağdam klubu dünən istirahət edib. Bu gün isə “Qarabağ” bazar günü qarşılaşacağı “Bakı”yla oyunun hazırlıqlarına start verib.

Amma “Qarabağ” iddialı rəqibinə qarşı tam heyətlə mübarizə apara bilməyəcək. Rəşad Sadıqovla, Reynaldo vərəqə limitini doldurduqlarına görə, Admir Teli, Riçard Almeyda isə zədəyə görə “Bakı”yla oyunu buraxacaq. “Neftçi”ylə oyunda zədə səbəbindən əvəzlənən Maksim Medvedevlə yanaşı Vüqar Nadirovun da zədə problemi var. Amma adı çəkilənlərin taleyinə oyungünü aydınlıq gələcək.

Qeyd edək ki, “Bakı” - “Qarabağ” oyunu dekabrın 15-i, saat 14:00-da keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30