29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” Braziliyaya yollanır

“Qəbələ”nin 17 yaşlı futbolçularından ibarət komandası dekabrın 15-dən 21-dək Braziliyada  keçiriləcək "Laranya Mekanika Beynəlxalq Kuboku" turnirində iştirak edəcək. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarış Braziliya Federativ Respublikasının Parana ştatının Araponqas şəhərində təşkil olunacaq. Komandamız səfərə dekabrın 12-də Bakı-İstanbul-Sao Paolo-Londrina reysi ilə çıxacaq. Turnirə 2 gün əvvəldən getməkdə məqsəd yerli mühitə uyğunlaşmaqdır.

Akademiya direktoru Stenli Brardın başçılıq etdiyi kollektiv Cənubi Amerikaya bu futbolçu heyəti ilə yola düşür: 1. Turxan Həsənov (qapıçı), 2. Elnur Orucov – (qapıçı, 1998), 3. Toğrul Məhəmmədbəyli (qapıçı), 4. Bəhlul Mustafazadə  (müdafiəçi), 5. Çingiz Hüseynov (müdafiəçi), 6. Sahil Mirzəyev (müdafiəçi), 7. Ayxan Əsədov (müdafiəçi), 8. Mirəli Məmmədzadə (müdafiəçi), 9. Yusif Nəbiyev (müdafiəçi), 10. Elmiz İsmayılov (müdafiəçi), 11. Hacıağa Hacıyev (yarımmüdafəçi, 1998), 12. Fərid Məmmədov (yarımmüdafəçi), 13. Tural Məmmərzəyev (yarımmüdafəçi), 14. Əli Səmədov (yarımmüdafəçi ), 15. Emin Zamanov (yarımmüdafəçi), 16. Baxşəli Baxşalıyev - yarımmüdafəçi, 1998,), 17. Rövlan Muradov (yarımmüdafəçi, 1998), 18. Əziz İsmayılov (hücumçu), 19. Ramiz Məmmədzadə (hücumçu), 20. Roman Hüseynov (hücumçu), 21. Ülvü İskəndərov (hücumçu), 22. Muxtar Əliyev (hücumçu).

Oyunlar Bələdiyyə Stadionunda (Estadio Municipial) və “Laranya Mekanika” Stadionunda keçiriləcək. Turnirin açılış matçında “Qəbələ” meydan sahibi “Laranya Mekanika” ilə üz-üzə gələcək. Yarışda 8 komanda 2 qrupda mübarizə aparacaq:

A qrupu:

“Laranja Mekanika”, “Palmeyras” (hər ikisi Braziliya), “Əl Əhli” (BƏƏ), “Qəbələ”

B qrupu:

“Kuritiba”, “Flamenqo”, “Londrina” (hamısı Braziliya), “Mohammed IV” Futbol Akademiyası (Mərakeş)

Turnirin təqvimi belədir:

15.12.2013

17:00. “Laranya Mekanika” – “Qəbələ”

16.12.2013

09:00. “Kuritiba” – “Mohammed IV”

10:45. “Londrina” – “Flamenqo”

19:00. “Əl Əhli” – “Palmeyras”

17.12.2013

09:00. “Mohammed IV” – “Flamenqo”

10:45. “Kuritiba” – “Londrina”

17:00. “Qəbələ” – “Palmeyras”

19:00. “Laranya Mekanika” – “Əl Əhli”

19.12.2013

09:00. “Mohammed IV” – “Londrina”

10:45. “Flamenqo” – “Kuritiba”

17:00. “Qəbələ” – “Əl Əhli”

19:00. “Palmeyras” – “Laranya Mekanika”

20.12.2013

09:00. A1 - B2

10:45. A2 - B1

17:00. A4 - B4

19:00. A3 - B3

21.12.2013

10:45. Final

Sonda qeyd edək ki, "Laranya Mekanika Beynəlxalq Kuboku” turniri eyni zamanda işgüzar xarakter daşıyacaq. Belə ki, akademiyanın direktoru Stenli Brard dekabrın 18-də yerli mütəxəssislər və turnir iştirakçıları üçün seminar verəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31