29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Bakı" Madriddə 4 yoldaşlıq oyunu keçirəcək

"Bakı" futbol klubu və "Atletiko" Madrid arasında yüksələn xətlə davam edən əməkdaşlıq çərçivəsində "zolaqlılar"ın daha bir komandası İspaniyanın paytaxtı Madridə yola düşüb. Futbolxeber.az-ın məlumatına görə, 2 gün əvvəl Madridə çatan "Bakı"nın U-14 komandası klubun təlim-məşq bazasının yaxınlığında yerləşən "Eurostars Hotel"də məskunlaşıb.
U-14 komandası bu gündən etibarən hazırlıqlara başlayıb. Proqrama intensiv məşqlərlə bərabər mədəni tədbirlər də daxil edilib. Azərbaycanlı uşaqlar ilk olaraq paytaxt Madridə ekskursiyaya çıxaraq bu tarixi şəhərin görməli yerləri ilə tanış olacaqlar.
12 gün davam edəcək toplantı çərçivəsində 4 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulur. 
Dünən "Atletiko"da uzunmüddətli təlim keçən 5 futbolçu da düşərgəyə qatılıb. Onlar qarşıdan gələn günlərdə U-14 komandamızın üzvləri ilə birlikdə olacaqlar.
Komandamızın üzvləri "Atletiko"nun futbolçuları ilə görüşəcək, kumirləri ilə ünsiyyətdə olmaq və onlara suallar vermək imkanı qazanacaqlar. Yeniyetmə futbolçular "Atletiko"nun 3 oyununu da canlı izləyəcəklər.  

fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31