18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Tural Axundov: “Layiq olduğumuz pilləyə qalxacayıq” (Müsahibə)

“Simurq”un futbolçusu Tural Axundov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

İlk sualım “Simurq”a gəlməyin haqqında olacaq. Necə oldu ki, bizim komandanı seçdin?

- Ötən mövsümün sonunda “Rəvan”la müqaviləmin vaxtı bitdi. Məndə keçmiş komandamın rəhbərliyi ilə danışdım və bildirdim ki, getmək istəyirəm. Oda əgər yaxşı təklifimin olacağı halda, məni buraxacağı bildirdi. Həmin vaxt iki-üç komandadan dəvət var idi. Mən isə seçimimi “Simurq”dan yana etdim. Buna görədə peşman deyiləm.

İlk vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkdin. Ancaq hazırda stabil oynayırsan. Hazırkı durumun səni qane edirmi?

- Təbii ki, yeni gələndə məşqçilər məni komandaya uyğunlaşdırmağa çalışdırırdı. Bu səbəbdən ilk turlarda əvəzetmələrdən şans verirdilər. Hazırda isə, şükürlər olsun ki, “Simurq”un oyun üslübuna tam uyğunlaşa bilmişəm və mənə inanıb əsas heyətdə meydana buraxırlar. Məndə öz növbəmdə çalışıram ki, onların inamını doğrulda bilim.  

Artıq 15 tur geridə qalıb. Hazırkı nəticəni “Simurq” üçün necə dəyərləndirirsən?

- Çox təəssüf ki, bir neçə oyunda vacib xallar itirdik. Həmin qarşılaşmalarda istədiyimiz nəticələri qazana bilmədik. Ancaq biz öz gücümüzə inanırıq. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr göstərib, layiq olduğumuz pilləyə qalxacayıq.

Ölkə kubokunda təəssüf ki, istəmədiyimiz nəticə oldu. Səncə “Araz”a məğlub olmağımıza səbəb nə oldu? Komanda olaraq bizlər bu oyundan sonra nədən dərs almalıyıq?

- Birinci növbədə meydançanın bərbad vəziyyətdə olmasını qeyd edərdim. Orada furbol oynamaq qeyri-mümkün idi. Əgər bu görüş başqa bir meydanda keçirilsəydi, biz “Araz”ı çox rahatlıqla keçərdik. Artıq bu oyun bizim üçün geridə qaldı. Bütün diqqətimizi çempionata verməliyik ki, rəhbərliyin bizim qarşımıza qoyduğu nəticəni göstərə bilək. Bu oyunda dərs almalı olduğumuz çox şey var idi. “Araz”da zəif komanda deyil. Ancaq hər nə olur olsun, bu oyunda biz qalib gəlməliydik. İnşallah, premyer liqada qazandığımız nəticə ilə bu məğlubiyyəti unutdurarıq.

Bu görüşdə qırmızı vərəqə aldın. Hakimin bu qərarın necə dəyərləndirirsən?

- İlk sarı vərəqədə görüşün baş hakimi Orxan Məmmədovun qərarı ilə razıyam. Ancaq ikinci ilə yox. Çünki həmin vaxt sarı vərəqə ilə cəzalanmamalıydım.  Hətta oyunu saxlayıb məni cəzalandıranda çox təəccübləndim. Fikrimcə, hakimin o qərarı səhv idi.       

Bizi “Qəbələ” ilə çətin oyun gözləyir. Bu görüş haqqında nə düşünürsən?

- Biz bura yalnız qələbə üçün gəlmişik. Çünki başqa şansımız qalmayıb. İnanıram ki, sonda üç xalı qazanan tərəf biz olacayıq. Özümüzü toparlamaq üçün bu bizim üçün vacib amildir.

Zaqatalaya uyğunlaşmaqda çətinlik çəkmirsən?

- Təbii ki, yox. Zaqatalada Azərbaycanımızın gözəl guşələrindən biridir. Məşqimizi edirik. Boş vaxtlarımızda çıxıb şəhəri gəzirik. Burada bizim üçün hər bir şərait yaradılıb. Bu baxımdanda heç bir çətinlik çəkmirəm.

“Simurq” hazırda çempionatda azarkeşlərilə də, fərqlənir. Komandanın kapitanlarından biri olaraq, onlara nə deyərdin?

- Onlardan istəyimiz budur ki, bizi sona qədər dəstəkləsinlər. Çalışacayıq ki, onları sevindirən nəticələr qazanaq. Qələbələrimizi birlikdə qeyd edək. Komandaya inansınlar. Hər bir nəticədə bizi yalnız buraxmasınlar.     




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30