20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Bakı” “Sumqayıt”la oyuna hazırdır

Bu gün Azərbaycan Premyer Liqasının 16-cı turunun oyunları keçiriləcək. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Bakı” səfərdə “Sumqayıt”la qarşılaşacaq. Dünən isə “zolaqlılar” oyunöncəsi son məşqini keçirib.

Saat 11:00-da başlayan hazırlığın əvvəlində futbolçular meydanboyu qaçıblar. İsinmə hərəkətlərini də icra edən baş məşqçi Milinko Pantiçin yetirmələri ardınca ikili qruplara bölünərək qarşı-qarşıya başla və ayaqla ötürmələr üzərində çalışıb. Şən əhval-ruhiyyədə keçən məşqin sonrakı bölümündə Əfran İsmayılovun da iştirak etdiyi “kvadrat” oynanılıb.

Növbəti təmrində isə komanda üzvləri iki qrupa bölünərək düzülmüş maneələrdən keçmək şərti ilə təyin olunmuş nöqtəyə qaçış yarışı keçirib. Meydanın digər hissəsində isə qapıçıların məşqçisi Muarem Zeki qolkiperləri müxtəlif məsafələrdən vurulan topları dəf etmək üzərində çalışdırıb. Hazırlığın sonunda ikitərəfli oyun da keçirilib ki, nəticədə “yaşıllar” və “göylər”in mübarizəsində birincilər (3:0) üstün olub.

Onu da qeyd edək ki, zədəli olan Elvin Əliyev və Marius Pena məşqdə iştirak etməyib. “Sumqayıt”la ölkə kubokunun 1/8 final qarşılaşmasında ayaq əzələsini dartan Vüqar Mustafayev isə yarımsaatlıq yüngül qaçışla kifayətlənib. Vadim Abdullayevlə Əziz Quliyev müalicəsini davam etdirir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30