3 Sentyabr 2026, Cümə axşamı
IV turun hakim təyinatları açıqlandı
Millimizin oyunun yeri dəyişdirildi
Cəfərquliyev əməliyyat olundu
"Dinamo"dan mövsümə uğurlu start

Ölkə futbolu

Cavid Hüseynov peşman deyil

“Oyunun gərgin olacağını əvvəlcədən bilirdik. Sonuncu yerdə olduğumuz üçün üzərimizdə təzyiq olsa belə, həftəboyu yaxşı hazırlaşmışdıq. "Zirə"ni də ciddi analiz etmişdik. Uduzduqdan sonra nəsə demək çətindir. Rəqibə bir şans verdik, onu da dəyərləndirdilər. Ani diqqətsizlikdən qapımızda qol gördük”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Cavid Hüseynov Azərbaycan Premyer Liqasının XVIII turunda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Yeni gələndə ümidli danışmışdınız. Deyəsən, qarşıya qoyulan məqsədə çata bilmirsiz. Səbəb nədir?

- Bir çox səbəbi var. Neçə turdur ki, səbəblər haqda danışırıq. Mənə elə gəlir ki, bu haqda danışmağın özü də yersiz olar. Qış toplanışında çatışmayan cəhətlər və müəyyən işlər üzərində əlimizdən gələni edəcəyik ki, sonuncu pillədən qurtulaq.

- Bu nəticələr klub rəhbərliyi ilə müzakirə olunur? Nəticələrə hansı münasibət bildirilir?

- İndiki halda komandanın durumu bəllidir. Futbolçu sayı da yetərli deyil. Bu haqda dəfələrlə danışmışıq. Bunu rəhbərlik də başa düşür. Ümid edirik ki, qışdan sonra tam fərqli komanda görəcəyik.

- Gəldiyinizə görə peşman deyilsiz?

- Xeyr.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30