26 Oktyabr 2025, Bazar günü
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”
"Avrokuboklar rekorduma təəccübləndim”
Kurban Berdıyevdən qələbə şərhi

Ölkə futbolu

Kurban Berdiyev: “Kim yaxşı oynayırsa, onu da meydana buraxırıq”

“İki fərqli hissə izlədik. İlk yarıda oyunçularım çox həyəcanlandılar, lazım olan aqressiyanı göstərə bilmədilər. İkinci hissədə daha aktiv və aqressiv oynadıq. Fasilədən sonra oyundan razı qaldım. Futbolçular aktiv idi, yaxşı oynayırdılar deyə, əvəzetmələr etmədim. Son dəqiqələrdə zədəsi olmasına baxmayaraq, Roderik Millieri oyuna buraxdıq. O da özünü yaxşı göstərdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının XVIII turunda “Neftçi”yə qarşı keçirilən oyundan (1:1) sonra deyib.

Mütəxəssis “Ayxan Hüseynovun son vaxtlar oynamamasının səbəbi nədir?” sualını belə cavablandırıb: “Kimin oynamasının fərqi yoxdur. Kim yaxşı oynayırsa, onu da meydana buraxırıq. Meydanda olanlar yaxşı oynadı deyə, bu gün dəyişikliklər etmədim”.

O, bəzi matçlarda lazımsız xallar itirdiklərini vurğulayıb: “Mövsümün əvvəlində bunu məndən soruşsaydılar, deyərdim yaxşı nəticədir. Amma elə oyunlar oldu ki, lazımsız xallar itirdik”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31