7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

Dövlət qurumları arasında III minifutbol turnirinin açılış mərasimi keçirilib

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin açılış mərasimi keçirilib.

Futbolxeber.az saytının AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Tennis Akademiyasında təşkil olunan tədbir iştirakçı komandaların təqdimatı ilə başlayıb. Sonra Azərbaycan Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov çıxış edərək Ulu öndərin xatirəsinə həsr olunmuş turnirin yüksək səviyyədə keçiriləcəyini deyib: "Heydər Əliyev daim idmana öz qayğısını göstərir, futbola xüsusi rəğbətlə yanaşırdı. Federasiya olaraq çalışırıq ki, bu idman növünə diqqət yetirək və xüsusilə gənclər arasında minifutbolu inkişaf etdirək. İldən-ilə komandaların sayının çoxalacağına, rəqabətin artacağına ümid edirik”.

Gənclər və idman naziri Fərid Qayıbov turnirin təşkili üçün AFFA və Azərbaycan Minifutbol Federasiyasına təşəkkürünü bildirərək, hər il yarışların maraqlı və gərgin keçdiyini qeyd edib. Onun sözlərinə görə, turnirin final matçlarında tribunalar hər zaman azarkeşlərlə dolu olub.

Daha sonra turnir açıq elan olunub. Yarış Baş Prokurorluq və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti komandaları arasında oyunla start götürüb.

Qeyd edək ki, turnirdə 39 komanda iştirak edir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31