28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Önəmli olan kubok qazanmaqdır”

"Birinci divizonda üçüncü pillədə olan bir klubla qarşılaşdıq və çox yaxşı nəticə əldə etdik. Bu qələbə mənim üçün  vacib idi". Futbolxeber.az-ın məlumatına görə, Türkiyənin “NTV Spor" kanalına verdiyi açıqlamada bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.

Ölkə kubokunun 1/8 finalında “Neftçala”nı mübarizədən kənarlaşdırdıqları oyun haqda danışan təcrübəli mütəxəssis komandasının Azərbaycan Premyer Liqasındakı vəziyyətini də dəyərləndirib: “"Rəqiblərimizdən geridəyik. Ancaq liqanın bitməsinə 23 həftə var. Futbolda olmayacaq bir şey yoxdur. Çətin bir hədəfimiz var. Avropaya getməyin iki yolu var. Amma bizim üçün önəmli olan kubok qazanmaqdır. Bunun üçün mübarizə aparacağıq. Həftəsonu önəmli matçımız var. İlk dövrənin bitməsinə 3 oyun qalmış 9, ya da 7 xal qazanmalıyıq".

M.Dənizli transfer çalışmalarından da söz açıb: “Qış transfer pəncərəsində əgər əcnəbi futbolçu transfer edəcəyiksə, bu, Türkiyədən ola bilər. Əgər Türkiyədə istədiyim oyunçunu tapa bilməsəm, başqa ölkələrdən də komandaya oyunçu gətirə bilərik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31