25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Ristoviç: “Bakı” üçün həm çempionat, həm də kubok eyni dərəcədə əhəmiyyətlidir” (Müsahibə)

“Sumqayıt”la oyunda vurduğu qolla komandasını ölkə kubokunda 1/4 finala daşıyan Risto Ristoviç matçdan sonra Futbolxeber.az saytının suallarını cavablandırıb.

- Oyun haqda nə deyə bilərsən?

- Hər şey göz qabağında idi. Çox gərgin oyun alındı. “Sumqayıt” gənclərdən təşkil olunmuş komandadır. Sona kimi “vuruşdular”. Amma biz çətinliklə də olsa, istəyimizə çatdıq.   

- Rəqib sona yaxın hesabı bərabərləşdirdikdən sonra hamı əlavə vaxt barədə düşünürdü...

- Təbii ki, sona yaxın qol buraxmaq çox pis idi. Eləcə də matçın sonuna az vaxt qaldığından, ikinci qolu vurmaq da çox çətin görünürdü. Amma biz özümüzə güvənirdik. İnanırdıq ki, əlavə vaxta ehtiyac qalmayacaq, cütün taleyini elə 90 dəqiqədə həll edə bilərik.  

- Növbəti mərhələdə “Bakı”nın rəqibi “Rəvan” olacaq. Yarımfinala adlamaq şanslarını necə dəyərləndirirsən?

- Əminəm ki, həmin matç “Sumqayıt”la görüşdən də çətin keçəcək. Amma arzu edirəm ki, “Sumqayıt”ın ardınca “Rəvan”ı da mübarizədən kənarlaşdıracağıq.

- Son anda vurduğun qolla komandanı 1/4 finala daşıdın...

- Təbii ki, fərqləndiyim üçün çox şadam. Özü də bu qol oyunun taleyini həll etdi. Amma mən fərqlənməsəydim də, olardı. Əsas olan “Bakı”nın uğurudur.

- “Bakı”nın çempionatdakı növbəti oyunu da məhz “Sumqayıt”a qarşıdır. Düşünmürsən ki, rəqib bu oyuna qisas almaq üçün çıxacaq?

- “Sumqayıt” kubok matçında bizə qarşı ciddi müqavimət göstərdi. Çempionatdakı oyun isə daha çətin alınacaq. Ən azından rəqib bu dəfə öz meydanında mübarizə aparacaq və kubokdakı yenilgini unutdurmaq, azarkeşlərini sevindirmək üçün əlindən gələni edəcək.

- “Bakı” üçün hansı daha önəmlidir: çempionluq, yoxsa kuboku qazanmaq?

- Hər ikisi. Həm çempionat, həm də kubok bizim üçün eyni dərəcədə əhəmiyyət kəsb edir.

- Bildiyimə görə, “Bakı” ilə müqavilən başa çatmaq üzrədir...

- Hə, dekabrın sonunda sözləşməm başa çatır.

- Yeni müqavilə barədə danışığınız olub?

- Sabah (bu gün - söhbət dünən olub - red.) yeni müqavilə ilə bağlı danışığımız olacaq. Komandada qalıb-qalmayacağım sabah müəyyənləşəcək.

- Kiminlə danışacaqsan?

- Əvvəlcə baş məşqçi ilə. O, xidmətimdə maraqlı olduğunu bildirsə, klub rəhbərliyi ilə danışıqlar masası arxasına əyləşəcəyik.

- Digər klublardan təklif almısan?

- Mənim istəyim “Bakı”da qalmaqdır. İlk növbədə də məhz klubumla danışacağam. Əgər “Bakı”da qalmağımı istəməsələr, o zaman digər klubların təkliflərini dəyərləndirmək barədə düşünəcəyəm. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30