6 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Zubir: “Mən bu anları "Qarabağ"la yaşamaq istəyirəm”

"Azərbaycanda futbolu sevirlər. Küçədə gedəndə çox adam məni saxlayır. Burada hər hansı gərginliyə, yersiz sözlərə bir dəfə də olsun rast gəlməmişəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Fransanın tanınmış "L'Equipe" nəşrinə açıqlamasında bildirib.

Bu gün Bakıda keçiriləcək Avropa Liqasının 5-ci turunun "Qarabağ" - "Lion" matçı ərəfəsində Fransa jurnalistinə danışan 32 yaşlı futbolçu bildirib ki, Bakıda sahilə yaxın ərazidə yaşayır: "Orada Fransada olduğu kimi, ətraf restoranlarla doludur. Həyat gözəldir. Burada hamı sülh şəraitində yaşayır.  Təhlükəsizlik baxımından da hər şey əladır".

Zubir "Qarabağ" komandası haqda da danışıb: "Klub iddialıdır. Artıq dalbadal 11 ildir ki, Avropa kubokunda yarışır. Bu isə məni həyəcanlandırır. Əsl matç adına oyunları - hansı ki, xoş bir anlar yaşayırsan - dördüncü günü axşamlar olur (Avroliqanın oyunları günü - red.). Mən "Arsenal"a, "Bayer"ə, "Tottenhem"a, "Vilyarreal"a qarşı oynamışam. Amma heç vaxt Çempionlar Liqasının iştirakçısı olmamışam. İki dəfə "pley-off"da mübarizəni dayandırmışıq. Mən bu anları "Qarabağ"la yaşamaq istəyirəm".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31