19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Simurq" Naxçıvanda məşqə çıxıb

Bu gün ölkə kubokunun 1/8 final mərhələsində “Araz”ın qonağı olacaq “Simurq” dünən Naxçıvanda məşqə çıxıb. Futbolxeber.az-ın məlumatına görə, günorta saatlarında Muxtar Respublikaya təşrif buyuran Zaqatala təmsilçisi qarşılaşmanın oynanılacağı stadionda sonuncu hazırlıq işlərini görüb.

Bir saata yaxın davam edən məşqdə qapıçılar Pavel Kapsa və Amil Ağacanov qapıçılarla işləyən məqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı hazırlıq keçib. Digərləri isə isinmə hərəkətlərindən sonra iki qrupa bölünərək “kvadrat” oynayıb. Bundan sonra ikitərəfli futbol oynanılıb. Sonda isə qapıya zərbələr və cinahlardan asmaların qapanması yerinə yetirilib.

Qeyd edək ki, “Araz”-“Simurq” oyunu bu gün saat 14:00-da start götürəcək. Qarşılaşmanı Orxan Məmmədov idarə edəcək.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30