25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Bakı” “Sumqayıt”la oyuna hazırdı

Sabah ölkə kubokunun 1/8 final mərhələsində “Bakı” doğma meydanda “Sumqayıt”la qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, “zolaqlılar” bu gün oyunöncəsi son məşqini keçirib.

Saat 11:00-da yüngül qaçışla başlayan hazırlıq dartınma hərəkətləri ilə davam edib. Ardından 4 qrupa bölünən futbolçular müxtəlif isinmə təmrinlərini icra edib. Meydanın digər hissəsində isə Muarem Zeki qapıçılara ayrıca məşq keçib. Daha sonra 3 qrupa bölünən oyunçular “kvadrat” oynayaraq, qısa məsafələrə sürətli qaçış tapşırığını da yerinə yetirib. Bir saat 15 dəqiqə davam edən hazırlığın son bölümündə “narıncılar” və “göylər” olmaqla ikitərəfli oyun keçirilib. Yekunda “göylər” (1:0) üstün olub. Onu da qeyd edək ki, zədəsini sağaltmaqla məşğul olan Əfran İsmayılov yardımçı meydançada qaçıb. Mario Rubio isə kollektiv məşqlərə qoşulub. İcazəli olan Elvin Əliyev hazırlıqda iştirak etməyib. Əziz Quliyev və Vadim Abdullayev isə müalicəsini davam etdirir. 


fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30