20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Simurq" Zaqataladakı hazırlığını tamamladı

Ölkə kubokunun 1/8 final mərhələsində Naxçıvanda "Araz"ın qonağı olacaq “Simurq” Zaqatala şəhər stadionunda növbəti məşqinə çıxıb. Futbolxeber.az-ın məlumatına görə, "Qarabağ"la oyundan sonra yetirmələrinə istirahət verməyən məşqçilər korpusu, dünənki çalışmalarda əsasən taktiki və texniki tapşırıqlar veriblər. Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət təmrinlər yerinə yetirildikdən sonra, toplu çalışmalara keçirilib. Futbolçular mövqelərinə görə bölünərək məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirib. Sonda isə iki qrupa yaradılıb. Birində kiçik qapılarda ikitərəfli oyunla, digəri isə  qısa ötürmələr üzərində məşq edib.

Bu gün Gəncəyə yollanacaq “Simurq” oradan təyyarə ilə Naxçıvana yol düşəcək və son məşqini qarşılaşmanın oynanılacağı meydançada edəcək. Qeyd edək ki, "Araz" - "Simurq" oyunu dekabrın 4-ü saat 14:00-da start götürəcək.


simurqpfk.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30