Ölkə futbolu
AFFA-dan anlaşılmaz strategiya seçimi
Milli komandamızın UEFA Millətlər Liqasındakı ardıcıl dördüncü məğlubiyyətindən sonra Azərbaycan futbolunun problemləri yenidən gündəmi zəbt edib. AFFA rəhbərliyi son uğursuzluqlardan yayınmaq üçün müxtəlif bəhanələr gətirir. Bunlardan biri də inkişaf strategiyası ilə bağlıdır. AFFA-da rəhbər dəyişikliyindən yarım ildən çox vaxt keçsə də, hələ də ortaya konkret strategiya qoyulmayıb.
Bu günlərdə İTV-də qonaq olan assosiasiyanın baş katibi və icraçı vitse-prezidenti Sərxan Hacıyev bildirdi ki, dünya praktikasında hər hansı bir strategiya 6-8 ay ərzində hazırlanır. Görünür, Sərxan bəy bilmir ki, normalda hər hansı bir sahəni nəzarətə götürməmişdən öncə strategiya planı əvvəldən hazırlanır və işə başladıqda da yerinə yetirilməyə çalışılır. Təsəvvür edin, X şəxs millət vəkilliyinə namizəddir, seçiciləri qarşısında çıxış edərkən deyir ki, siz mənə səs verin, deputat olum, sonra biryerdə gələcək inkişafımızla bağlı strategiya hazırlayarıq. Siz bunu təsəvvür edə bilirsiniz, Sərxan bəy? Biz yox...
Odur ki, AFFA-nın indiki rəhbərliyinin inkişaf strategiyası daha əvvəldən hazır olmalı idi. Daha Sərxan Hacıyevin dediyi kimi, bunun üçün 6-8 ay vaxta ehtiyac duyulmamalı idi. Məsələnin bu tərəfini qoyuruq bir kənara. Toxunmaq istədiyimiz məqam başqadır.
AFFA-nın saytına diqqət yetirdikdə görmək olar ki, Sərxan bəyin dilindən düşməyən inkişaf strategiyası hələ 2021-ci ildə hazırlanıb. FİFA və UEFA ilə birgə hazırlanan, 2021-2025-ci illəri əhatə edən həmin strategiya ilə elə assosiasiyanın saytından tanış olmaq mümkündür.
32 səhifəlik strategiya 4 əsas istiqamətdən ibarətdir: “Kütləvi futbol və gənclərin inkişafı”, “futbol infrastrukturu”, “klub futbolu və regionlar”, “rəqəmsal ekosistem”.
https://www.affa.az/files/21022/1051/52/2/16_0/Strategiya-2021-2025.pdf
Həmin inkişaf strategiyası qəbul olunarkən Sərxan Hacıyev AFFA-nın baş katibi, Elşad Nəsirov, Fərid Mansurov və Könül Mehdiyeva bu gün olduğu kimi İcraiyyə Komitəsinin üzvləri idi.
Zənnimiz bizi aldatmırsa, 2021-ci ildə həmin strategiyanı da hazırlayan indi AFFA-nın yeni strategiya üzərində çalışdığı Belçikanın “Double pass” şirkəti idi. Üstəlik, həmin strategiya havayı hazırlayıb. Bu, dəqiqdir. Daha doğrusu, Belçika şirkətinin xərcləri FİFA və UEFA tərəfindən qarşılanıb. Bu halda ortaya bir neçə sual çıxır:
Birincisi, faktiki olaraq 2025-ci ilə qədər nəzərdə tutulan inkişaf strategiyası varsa, yenisinə nə ehtiyac?
İkincisi, əvvəlki strategiyadan imtina olunubsa, niyə o, hələ də AFFA-nın saytında yer alır?
Üçüncüsü, əvvəlki strategiya bəyənilmirsə, yenisinə ehtiyac duyulursa, bu halda niyə əvvəlki strategiyanı hazırlayan “Double pass” şirkəti ilə yenidən əməkdaşlıq edilir?
Dördüncüsü, FİFA və UEFA-nın maliyyələşdirdiyi layihəyə AFFA niyə indi ödəniş etməlidir?..
Bu sualları çox uzatmaq olar. Amma təəssüf ki, efirdə iddia edilənin əksinə olaraq Sərxan Hacıyev yazılı media önünə çıxmır ki, suallarımızı ünvanlayaq...
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- “Səbail”də yeni sponsor?
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- “Neftçi”nin oyunlarında 5 il əvvəl də VAR yox idi, indi də...
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- Dəhlizdəki videodan şərhlərdəki trollaradək
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- “Sabah” “Qarabağ”dan qisas alır - Zuddasa qarşılıq Yankoviç
- FİASKO - U-19 Gürcüstana da böyük hesabla uduzdu
- “Turan Tovuz” ultimatum verir, “Neftçi”nin neçə oyunda haqqı yeyilir, VAR nəyə lazımdır?”
- Zaur Axundov: “Komanda naxçıvanlı iş adamlarından mən gözlədiyim dəstəyi görmədi”
- “Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satılıb
- Erhan Toker: "Hücumda çıxışımız yaxşı alındı"
- “Neftçi” böyük sıçrayış edib, halbuki qışda hamı mövsümün boşa getdiyini deyirdi”
- Millimiz yenə qazaxlara uduzdu
-
15:52
AFFA "Zirə"ni cərimələdi
-
15:30
"Qəbələ" Asif Məmmədova görə 10 min manat cərimələndi
-
14:27
Yeni Zelandiyanın DÇ-2026 üçün heyəti açıqlandı
-
13:43
Coş Barnett "Bakı-Xankəndi" yarışının V mərhələsinin qalibi olub
-
13:16
“Qarabağ” yeni tərəfdaşlıq müqaviləsi imzaladı
-
12:51
Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
-
12:35
"Neftçi"nin şikayəti təmin edilmədi
-
12:08
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş futzal turniri keçirilib
-
11:49
Azərbaycan kuboku: finalın vaxtı açıqlandı
-
11:24
Krivotsyuk 90 dəqiqə meydanda oldu
-
11:00
PSJ Fransa futbolu tarixinə düşdü
-
10:32
Nəriman oynadı, komandası uduzdu
-
10:17
"Barselona" səfərdə uduzdu VİDEO
-
09:53
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
08:41
"Bakı-Xankəndi" velosiped yarışına bu gün yekun vurulacaq
-
23:53
Rövşən Nəcəf: "Neftçi"yə Çempionlar Liqasında uğurlar arzulayırıq”
-
23:04
Valdas Dambrauskasdan qələbə şərhi
-
22:47
Sadıqov: “Futbolçularımla fəxr edirəm”
-
22:31
Güləşçimiz Avropa çempionatında qızıl medal qazanıb
-
22:00
"Sabah" kuboku da qazandı
-
20:18
Karateçilərimiz Avropa çempionatında 6 medal qazanıblar
-
18:56
“Neftçi”dən ardıcıl üçüncü çempionluq
-
18:25
Azərbaycan millisi Türkiyədə 2 yoldaşlıq oyunu keçirəcək
-
18:09
DÇ-2026: Geniş heyətdə 55 futbolçu yer aldı
-
17:43
Region Liqasında finalın yeri və vaxtı müəyyənləşdi
-
16:14
ABŞ İraq millisinin beş futbolçusuna viza verməyib
-
15:32
Azərbaycanı “AGF Trophy” turnirində 16 idman gimnastı təmsil edəcək
-
14:57
Bakıda keçiriləcək beynəlxalq turnirə hazırlıq işləri ilə tanışlıq
-
14:21
“Araz-Naxçıvan”ın legioneri milliyə dəvət aldı
-
14:00
İspaniya klubu 21 ildən sonra ÇL-də
-
13:48
Marko Manenti: “Azərbaycan məni sevdi, mən də Azərbaycanı”
-
13:36
Sahib Ələkbərov: “24 komandanın hər biri yenidən Azərbaycana gəlmək istəyəcək”
-
13:13
Nərimanın ABŞ-dəki illik maaşı rəsmən açıqlandı
-
12:55
"Bakı-Xankəndi": Dördüncü mərhələnin qalibi italyan oldu
-
12:09
Cəlal Hüseynov: "Qollarımı ailəmə həsr edirəm"
-
11:24
Gəncədə məktəblilər arasında minifutbol turniri keçirilib
-
10:52
Avropa kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:31
Millimizin üzvü dublla komandasına qələbə qazandırdı
-
09:08
"Bakı-Xankəndi": Velosiped yarışının dördüncü mərhələsi start götürür
-
18:36
I Liqada hakim təyinatları açıqlandı
-
18:15
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirilib
-
17:24
Pike 200 min avro cərimələndi
-
16:59
DÇ-2026 öncəsi baş məşqçi istefası
-
16:02
"UFC Fight Night Baku" turnirinin bütün döyüşləri bəlli olub
-
15:48
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
-
15:31
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
-
14:17
Qleb Suritsa: “Əsas gücümüzü sərf etsək, hamıya çox çətin olacaq”
-
13:53
Sahib Ələkbərov: “İştirakçılar yollarımızın çox gözəl, möhtəşəm olduğunu deyirlər”
-
13:26
Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə üç medal qazanıblar
14.05.2026
13.05.2026
12.05.2026























