20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Tsxadadze: “Bu futboldur, boks deyil”

“Hücumda oyunumuz alınmadı, ancaq müdafiənin yaxşı intizamlı oyunu sayəsində və əlimizə düşən epizodu qola çevirməklə bu oyunda qalib gəldik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı” ilə oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis komandasının xarakter nümayiş etdirdiyini qeyd edib: “Düzdür, səhvlərimiz çox oldu, lakin futbolçularım var gücləri ilə çıxış etdilər. Xarakter göstərdik və 3 xal qazandıq. Komandamı təbrik edirəm, irəliyə baxmalıyıq. “Neftçi” ilə yaxşı hücum futbolu oynadıq, bu gün isə hücumda oyunumuzun niyə alınmadığını müəyyənləşdirməliyik. Xahiş edirəm ki, bizim futbolçunu dirsəklə vurduqları epizodu aydınlaşdırsınlar. O, beyin silkələnməsi aldı. Heç vaxt futbolçumdan başqa futbolçunu sındırmasını istəməmişəm, bunu etmək olmaz. İnsanın əlindən çörəyini almaq olmaz. O, bunu öz sağlamlığı ilə qazanır. Ümid edirəm ki, İntizam Komitəsi bunu aydınlaşdıracaq. Bu hadisə mənim futbolçumun, oğlumun başına gəldiyi üçün demirəm. Bu futboldur, boks deyil”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30