Ölkə futbolu
Millət vəkillərindən Azərbaycanın “Atletiko” və “Lans”la əməkdaşlığına dəstək
Milli Məclisin deputatları "Bakı" klubunun İspaniyanın "Atletiko" (Madrdi) və "Fransanın "Lans" klubları ilə əməkdaşlığına münasibət bildiriblər.
Deputat Aqil Abbas Qol.Az saytına açıqlamasında klublar arasında qurulan bu münasibətlərin futbolumuzun inkişafına göstərəcəyi xidmətdən danışıb və bunu ölkəmizin Avropa və dünyada tanınması istiqamətində atılan böyük addım hesab etdiyini bildirib.
"Mən bu əməkdaşlığı çox yüksək qiymətləndirirəm. Türkiyə kimi ölkələr də belə əməkdaşlığa önəm verirlər. Bu gün "Atletiko" və "Lans" klublarının üzərində Azərbaycanın adı yazılan forma ilə meydana çıxması ölkəmizin Avropada və dünyada ən yaxşı təbliğidir. İndi isə artıq onların formasında "Baku-2015" yazılacaq. Gənc futbolçularımızın İspaniya və Fransa kimi ölkələrin futbol akademiyalarında təhsil almaları Azərbaycan futbolunun gələcəyi üçün atılan böyük addımdır. Bu, kiçik iş deyil".
Millət vəkili bütün bu işləri həyata keçirən iş adamı, "Bakı" klubunun prezidenti Hafiz Məmmədovun əməyini yüksək qiymətləndirib: "Əgər iş adamı pulunu boş şeylərə yox, bu cür əməllərə xərcləyirsə, sağ olsun. Belə insanları alqışlamaq, dəstəkləmək lazımdır. Təəssüf ki, son günlər Hafiz Məmmədov haqqında xoşagəlməz yazılara rast gəldim. Yaxşı işlər görən bir insanın əməllərinə kölgə salmaq olmaz. Mən bunları qəbul edə bilmirəm. Onu da nəzərə almaq lazımdır ki, əleyhimizə bir mövzu olan kimi bütün Avropa mətbuatı yazmağa başlayır. Əgər bir iş adamımız Azərbaycanın idmanına, mədəniyyətinə xidmət edirsə, ona ancaq dəstək olmalıyıq".
Aqil Abbas Azərbaycanın İspaniya və Fransa kimi ölklələrdə tanıdılmasının siyasi əhəmiyyətindən də danışıb: "Sizə bir faktı danışmaq istəyirəm. "Atletiko" bütün oyunlarında qapının arxa tərəfində bir erməni bayrağı asılırdı. Ermənilər bunu acıqlarından edirdilər. Çünki "Atletiko" futbolçularının forması üzərində Azərbaycan sözü yazılırdı. Son 2-3 oyunda həmin erməni bayrağını görmürəm. "Lans"la əməkdaşlıqdan sonra Fransa kimi ölkədə də bu gün bayrağımız dalğalanır”.
Milli vəkili Fazil Mustasa isə qeyd edub ki, İspaniyanın "Atletiko" (Madrdi) və "Fransanın "Lans" klublarında Azərbaycanın reklam olunması faydalıdır, müsbətdir. Onun sözlərinə görə, bu cür təbliğat həm iqtisadi, həm də siyasi cəhətdən faydalıdır: "Bu təbliğat dünya arenasında ölkənin həm də imkanları, gücünü nümayiş etdirən cəhətlərdir".
F.Mustafanın fikrincə, Azərbaycanın dünyanın idman arenasında təbliği ölkəmizin turizm sahəsinin inkişafına böyük töhfədir.
Onun sözlərinə görə, "Atletiko" və "Lans" kimi komandalarının oyununda stadionlarda Azərbaycan bayrağının dalğalanmasının öz xüsusi siyasi yükü var: “Hər hansı şəxs bu işi üzərinə götürürsə, bu, alqışlanmalıdır”.
Millət vəkili hesab edir ki, ölkə adının tanıtımı ilə yanaşı gələcəkdə həm də hansısa bir sahənin istiqamətləri reklam olunmalıdır. Məsələn Türk Hava Yolları, Qətər Hava Yolları. Yəni o sahələrki, orada müəyyən dərəcədə ölkənin müəyyən büdcəsinə daxil ola biləcək gəlirlərin beynəlxalq arenada nüfuzunun artması ilə daha artıq olması gerçəkləşir.
Deputat Siyavuş Novruzov isə bildirib ki, Hafiz Məmmədovun dəstəyi ilə "Bakı"nın "Atletiko" (Madrid) və "Lans"la əməkdaşlığının əhəmiyyəti böyükdür: "Atletiko" kimi bir klubun Azərbaycana gəlməyinin özü futbolumuzun inkişafına böyük xeyri var. Həm gəclərin futbola meylinin artması, o cümlədən qarşılıqlı əlaqələr, təcrübə mübadiləsini aparılması həqiqətən vacibdir və hesab edirəm ki, bu işlər davam olunmalıdır. Hərdən görürük ki, bəzi mətbuat orqanlarında görülən bu işlərin əleyhinə yazılar gedir. Bunlar hamısı qərəzli yazılar hesab edirəm. Bu cür əlaqələri nə qədər çox qurmaq imkanımız olacaqsa, o qədər futbolumuz inkişaf edəcək”.
S.Novruzov bildirib ki, bu gün Azərbaycanda dövlət tərəfindən idmana böyük diqqət var: “Xeyli sayda uşaq futbol məktəbi açılıb. Digər klublar da "Bakı" klubuna baxıb, istiqamət götürür və uşaq futbolunu inkişaf etdirir".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
-
11:46
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
-
11:24
Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
-
10:53
İtaliya millisindən Bursada 4 qollu qələbə VİDEO
-
10:31
Varkonyinin millidəki debütu təxirə salındı
-
10:17
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
10:02
Puxaçın milliyə qayıdışı uğursuz alındı
-
09:45
“Qarabağ”ın qapıçısı 2 qol buraxsa da, komandası qalib gəldi
-
09:29
Marko Yankoviç İrəvanda qələbəyə sevindi
-
19:13
II Liqada 4 oyunda 22 qol
-
19:00
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:27
Boksçularımızın Çindəki qazancı - 10 medal
-
17:54
Asiyat Abuyeva "Murov Az Terminal"da
-
17:35
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
-
17:18
"Sumqayıt"dan növbəti transfer
-
16:49
"Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
-
16:06
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
-
15:52
Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
15:23
Anastasiya Baydyuk Azərbaycan klubunda
-
14:31
"Gəncə"də görüş
-
14:17
"Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
-
14:00
Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
-
13:44
İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
-
13:26
"Qəbələ"də daha iki yeni məşqçi
-
12:58
Gimnastlarımız Slovakiyada 7 medal qazanıblar
-
12:39
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
-
12:15
Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pridə iştirak ediblər
-
11:42
Lixtenşteyn Bakıya məğlub gəlir
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:07
Portuqaliya səfərdə Norveçi məğlub etdi VİDEO
-
10:51
"Turan Tovuz" - "Fənərbaxça" oyununa nə qədər bilet satılıb?
-
10:34
Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasında birinci olub
-
10:16
Qeylen Smit Azərbaycan klubuna qayıdıb
-
10:00
Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan milliləri: 5-ci və 16-cı
-
09:48
“D”-də çabalamaqdan yuxuda diksinməyə qədər…
-
09:29
Yeton Bekiri: “Daha yaxşı “Qəbələ” görəcəyik”
-
22:00
Emreli millimizi məğlubiyyətdən xilas etdi VİDEO
-
19:46
“Qəbələ” “Karvan-Yevlax”ın müqavimətini qıra bilmədi
-
18:55
Millimiz Litva ilə heç-heçə etdi
29.09.2026
28.09.2026
27.09.2026
























