10 Iyul 2026, Cümə
Kamilo Duran rəsmən “Seltik”də
DÇ-2026: Fransa yarımfinalda
"Qarabağ"dan böyük hesablı qələbə
Karim Rossi “Qəbələ”yə keçdi

Ölkə futbolu

"Bakı"nın 2 futbolçusu uğurla əməliyyat olundu

"Bakı" futbol klubunun üzvləri Vadim Abdullayev və Əziz Quliyevin sağlıq durumu barədə raport açıqlanıb. Futbolxeber.az-ın məlumatına görə,  noyabrın 27-də İstanbulda Acıbadem Fulya xəstəxanasının idman sağlığı mərkəzində əməliyyat olunan hər iki futbolçunun durumu normaldır.
 
Ortopediya və travmotologiya mütəxəssisi professor Ömər Faruk Taşer tərəfindən əməliyyat olunan Vadim Abdullayevin 3 aydan sonra yaşıl meydanlara dönə biləcəyi bildirilir. Vadim sağ menisk əməliyyatına məruz qalib.
 
Eyni nahiyədən əməliyyat olunan Əziz Quliyevin 1 ay sonra məşqlərə başlaya biləcəyi təxmin edilir. Bu barədə məlumatı professor Ömər Faruk Taşer verib.  
 

fcbaku.com






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31