9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Ölkə futbolu

"Zirə"nin müdafiəçisi üçün yubiley

“Zirə”nin futbolçusu Ruan Renato Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
 
Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı braziliyalı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 9-cu turuna təsadüf edib.
 
Ruan “Turan Tovuz”la səfər matçına start heyətində çıxıb. O, Premyer Liqada  çıxdığı 100 oyunda 5 qol vurub.
 
Renato Azərbaycanda iki komandada forma geyinib. “Qəbələ”də 59 görüşdə 4 dəfə qola sevinən müdafiəçi “Zirə”də keçirdiyi 41 qarşılaşmada 1 dəfə fərqlənib.
 
Onun debütü 2021/22 mövsümünə təsadüf edib. Ruan 2021-ci il avqustun 15-də “Neftçi” - “Qəbələ” oyununda (2:2) şans qazanıb.
 
Qeyd edək ki, “Turan Tovuz” - “Zirə” görüşündə qərblilər 1:0 hesabı ilə qələbə qazanıblar.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31