Ölkə futbolu
Rəşad Sadıqov: “Ara yerdə adam stress, əsəb keçirir”

"İki fərqli hissənin şahidi olduq. Birinci hissədə daha üstün tərəf biz idik. Fasilədən sonra isə rəqib daha yaxşı oynadı. Qol epizodlarında bəlkə də bərabərlik oldu. Sonda rəqib standart vəziyyətdən fərqlənib, özü üçün vacib qələbə qazandı. Qələbə münasibəti ilə rəqibə təbrik edirəm. Biz isə təhlil edəcəyik ki, niyə ikinci hissə bu qədər zəif keçdi, rəqibə bu qədər rahat oynamağa imkan verdik. Yetərincə vaxtımız olacaq ki, ikinci hissədə oynadığımız futbolu təhlil edək".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 9-cu turun "Turan Tovuz"la görüşündən sonra keçirilmiş mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- İlk hissədəki tempi saxlamağa nə çatmadı?
- Mənim üçün də bu dəqiqə maraqlıdır ki, niyə ikinci hissədə rəqibə bu qədər rahat oynamağa imkan verdik. Pressinqi aşağı saldıq, dinamikamız aşağı düşdü, çoxsaylı top itkiləri oldu. Top itkilərinin çoxu süni ot örtüyü ilə bağlı idi. Futbolçularımız heç cürə bu stadiona adaptasiya ola bilmirdi. Texniki cəhətdən itkilər oldu. Bu da rəqibə üstünlük yaradır. 60-65-ci dəqiqədən sonra rəqibə üstünlüyü verdik.
- Qoldan sonra emosional davrandınız. Şəhriyar Əliyevlə aranızda nə baş verdi?
- Mənim atdığım hər addım çox şərh olunur. Bəlkə də ən sakit oyunlarımdan biri idi. Kurban Berdiyevi təbrik etdim, daha sonra içəri girdim və gördüm ki, futbolçular bir istiqamətə qaçdı, onları ayırdım, sakitləşdirdim. Şəhriyara da bildirdim ki, artıq qələbə qazanmısınız, təbrik edirik, bu şeylərə, iki komandanın futbolçularının qırmızı almasına nə ehtiyac var? Belə, başqa heç nə.
- Milli fasilə ilə bağlı planlarınız necədir?
- Həmişə olduğu kimidir. Futbolçulara üç gün istirahət verəcəyik. Oktyabrın 20-də "Sabah"la oyunumuz var. Ona hazırlaşacağıq. Üst-üstə bizi səfər oyunları gözləyir, hamısı da iddialılardır.
- Buraxılan qoldan sonra gərginlik yaşanmışdı. Etirazınız nəyə idi?
- Epizodu görməmişdim. Baxanlar bildirdilər ki, rəqib blok qoyur. Əvvəllər "Sabah" komandası bloklardan çox istifadə edirdi. İndi isə "Turan Tovuz" daha çox istifadə edir. Hakimlərdən maraqlanmışam. Çox xahiş edirəm onlardan blok icazəlidir, ya yox? Soruşmuşam, dəfələrlə də deyilib ki, blok qoymaq icazəli deyil. Amma rəqibimiz cinah asmalarında da blok qoyurdu, kornerlərdə də. VAR isə buna müdaxilə etmir. Həmin epizodda görməmişəm, bilmirəm blok var idi, ya yox. Amma məşqçilərimiz ona etiraz edirdi. Böyük ehtimalla, təmiz qol idi. Nəsə olsaydı, VAR-dan geridönüş edilərdi. Amma ümumən deyirəm ki, blokla bağlı hakimlərimiz tədbir görsün. Blok qoymağa icazə verilmirsə, klublara bildirilsin. Olsa belə, VAR-dan bildiriş gəlsin. Yoxdursa, biz də qoyaq. Bəzi komandalar edir, bəziləri etmir. Soruşuruq, deyirlər ki, cərimə zərbəsidir, olmaz. Əvvəllər mübahisəli epizodlara tez-tez baxırdıq "iped" vasitəsilə. Son vaxtlar baxmıram, çünki ara yerdə adam stress, əsəb keçirir. Bəlkə də hakim haqlıdır, sən orada başqa cür görürsən.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi” daha iki transferi rəsmiləşdirdi - ÖZƏL
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- “Kəpəz”dən ayrılan futbolçu “Səbail”də - ÖZƏL
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- "Neftçi" Ozobiçlə yollarını ayırdı
- “Neftçi” hazırlığa start verdi
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- Rəşad Sadıqovdan “Neftçi” rəhbərliyinə təşəkkür
- "Zirə" 4-cü transferini reallaşdırdı
- “Lill”in yetirməsi “Neftçi”də - SON DƏQİQƏ
- PFL I Liqanın başlama tarixini açıqladı
- Hamidu Keyta “Araz-Naxçıvan”da
- “Göstərilən münasibəti nəzərə alaraq, “Sabah”la müqaviləni birtərəfli qaydada pozdum”
-
18:08
Azərbaycan taekvondoçusu erməni rəqibinə qalib gəlib
-
17:49
"Qarabağ"da bugünkü oyunu ciddi itki ilə çıxacaq
-
16:15
Azərbaycanın kayak və kanoeçiləri dünya çempionatında iştirak edəcəklər
-
15:34
"Şelburn"un baş məşqçisi: "Kağız üzərində favorit "Qarabağ"dır"
-
15:00
Del Pyeronun oğlu D Seriyası klubunda
-
14:22
“Sumqayıt” İliçin rəhbərliyi altında ilk oyununa çıxır
-
13:56
Azərbaycan şahmat millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
-
13:33
“Zirə” - “Hayduk” oyununa nə qədər bilet satılıb?
-
13:17
"Qarabağ"ın potensial rəqiblərinin oyununda tək qol VİDEO
-
12:41
Azərbaycan cüdoçuları Universiadada mübarizəyə başlayırlar
-
12:28
"Səbail" sabiq “Neftçi”linin transferini açıqladı
-
12:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:55
Naxçıvanda UEFA-nın C kateqoriyası üzrə kurs keçirilir
-
11:32
"Kəpəz"lə "Sumqayıt" yoxlama matçında üz-üzə gələcəklər
-
11:14
"Neftçi" - "Termalika" matçında 4 qol VİDEO
-
10:46
Rüfət Abdullazadənin menecerindən Firuz Abdullaya minnətdarlıq
-
10:23
"Sumqayıt" Alan Diasla vidalaşdı
-
10:07
"Zirə" "Hayduk"u qəbul edir
-
09:51
Azərbaycan çempionatında ikinci günə yekun vurulub
-
09:30
"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır
-
23:52
Samir Abasov: “Toplanışlarda əsas məqsəd fiziki durumu düzəltməkdir”
-
23:31
Kristian Kostin rəsmən “Neftçi”də
-
22:40
Qurban Qurbanov: “Hazırda rəqibimiz bizdən daha yaxşı durumdadır”
-
21:16
"Zirə"nin UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik edildi
-
21:07
"Neftçi"nin Polşadakı ikinci oyunu FOTOLENT
-
20:29
"Kəpəz"dən yeni transfer
-
18:58
Qismət Alıyev: “Oyuna tam hazırıq”
-
18:43
Rəşad Sadıqov: “İstəyərdim ki, verdiyi açıqlamalarda daha diqqətli olsun”
-
18:05
Salifu Suma “Zirə”dən ayrıldı
-
17:57
“Kəpəz” üçün yeni sponsor
-
16:32
Azərbaycan atleti Skopyedə ölkə rekorduna imza atıb
-
16:14
"Səbail" onun transferini açıqladı
-
15:41
“Neftçi” "Termalika" ilə bərabərə qaldı
-
15:26
“Zirə” yeni formalarını təqdim etdi FOTOLENT
-
14:59
"Qarabağ"ı Dublində nə qədər azarkeş dəstəkləyəcək?
-
14:08
“Araz-Naxçıvan”ın rəqibi “Nant”ın futbolçusunu transfer etdi
-
13:45
“Neftçi” - “Termalika” - CANLI YAYIM VİDEO
-
13:33
“Gəncə”də yeni müqavilə
-
13:20
“Neftçi” Polşa klubuna qarşı bu “11-lik”lə çıxır
-
13:17
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:42
ÇL: Bu gün II təsnifat mərhələsinə start veriləcək
-
12:21
“Səbail” kapitanı ilə yeni müqavilə imzaladı
-
12:04
Azərbaycan təmsilçiləri bu gün Universiadada 6 idman növü üzrə yarışacaqlar
-
11:35
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb
-
11:16
Kamal Umudlu UEFA-dan təyinat alıb
-
10:59
Rüfət Abdullazadə Xorvatiya klubunda
-
10:47
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatına start verilib
-
10:23
“Neftçi” bu gün Polşada növbəti oyununa çıxacaq
-
10:02
Azərbaycan bilyardçısı Avropa çempionatında tarixi nailiyyətə imza atıb
-
09:51
Adil Şükürov: “Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”
23.07.2025
22.07.2025













