Ölkə futbolu
Şahin Diniyev: “Belə qollar buraxandan sonra nəsə gözləmək mənasızdır”

“Deyiləsi çox söz yoxdur. Belə qollar buraxandan sonra nəsə gözləmək mənasızdır. Yaxşı komandaya qarşı oynadıq. Səviyyə, fərdi baxımdan rəqib futbolçular bizdən güclü idilər. Lakin çox bəsit qollar buraxdıq. “Araz-Naxçıvan”ı təbrik edirəm”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının VIII turunda “Araz-Naxçıvan”a 2:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Ardıcıl dördüncü oyunda uduzdunuz. Bunun axırı hara gedir?
- İsti-isti düşünməyə zamanım yoxdur. Tez məğlub olub geri çəkilmək də düz deyil. Faciəvi bir şey yoxdur. Komanda oynayır. Biz neçə qol vurmalıyıq ki, qalib gələk? Bu, məni çox maraqlandırır. Gələcəyə baxmalıyıq. 7 oyundan sonra nəyəsə qərar vermək tezdir. Son oyunlar bəxtsizliklə üzləşirik. Düzəlməliyik, başqa yolumuz yoxdur.
- Gələcəyə baxanda nə görürsüznüz? Düşünürsünüz ki, bu, doğru yoldur?
- Siz məndən bir cavab istəyirsiniz, o cavabı almayacaqsınız. Bunu əvvəldən deyirəm. Birbaşa soruşmursunuz ki, getmək, istefa vermək fikriniz var? Bunu mədəni dildə çatdırmaq istəyirsən. Gələcəyə pis baxmıram. Komanda bu gün futbol oynayırsa, deməli, nəsə ümid var. Ümid sonda ölür. Nəticə də yoxdur, oyun da olmasaydı, siz deyənlə razılaşardım. Bu gün oyun var, nəticə yoxdur. Çox arqumentlər qoya bilərsiniz. Haqlısınız. Ancaq düşünürüm ki, 7-8 tur keçib. Hər şeyin sonu deyil. Belə oyunla bu qədər xal, tutduğumuz yer tərs mütənasibdir. Səbəb axtarmıram. İndi nə desəm, nöqtəyə gedib çatmır. Bunu anlayıram, uşaq deyiləm. Fakt göz qabağındadır.
- “Səbail” sonuncu pillədə qərarlaşan "Kəpəz”dən cəmi 1 top az buraxıb. Müdafiədə nələr baş verir?
- Düz deyirsiniz. Fakt qoydunuz ortaya. Nə desəm, qəbul olunmayacaq. Amma bu gün buraxdığımız 2 qola baxın. Autdan biz qol buraxırıq. Autdan qol buraxmaq olar? Bu, ilk belə hal deyil. Standartlar zamanı qapımız qarşısında qolun iyi gəlir. Mən nə qədər sistemi dəyişsəm də, alınmır.
- Bu qollar təsadüfdür, yoxsa sizdə nəsə şübələr var?
- Məndə futbolçuya, komandaya qarşı şübhə olmur. Sadəcə bir bomba bir yerə bir dəfə düşər. Bizdə bir bomba 10 dəfə eyni yerə düşür. Mən bundan sanballı cavab verə bilmirəm. Özüm də qalmışam belə... Bir nöqtədən o qədər qol buraxmaq olmaz axı. Məsuliyyəti mən daşıyıram. Futbolçuların yox, mənim səhvimdir.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi” daha iki transferi rəsmiləşdirdi - ÖZƏL
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- “Kəpəz”dən ayrılan futbolçu “Səbail”də - ÖZƏL
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- "Neftçi" Ozobiçlə yollarını ayırdı
- “Neftçi” hazırlığa start verdi
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- Rəşad Sadıqovdan “Neftçi” rəhbərliyinə təşəkkür
- "Zirə" 4-cü transferini reallaşdırdı
- “Lill”in yetirməsi “Neftçi”də - SON DƏQİQƏ
- PFL I Liqanın başlama tarixini açıqladı
- Hamidu Keyta “Araz-Naxçıvan”da
- “Göstərilən münasibəti nəzərə alaraq, “Sabah”la müqaviləni birtərəfli qaydada pozdum”
-
16:15
Azərbaycanın kayak və kanoeçiləri dünya çempionatında iştirak edəcəklər
-
15:34
"Şelburn"un baş məşqçisi: "Kağız üzərində favorit "Qarabağ"dır"
-
15:00
Del Pyeronun oğlu D Seriyası klubunda
-
14:22
“Sumqayıt” İliçin rəhbərliyi altında ilk oyununa çıxır
-
13:56
Azərbaycan şahmat millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
-
13:33
“Zirə” - “Hayduk” oyununa nə qədər bilet satılıb?
-
13:17
"Qarabağ"ın potensial rəqiblərinin oyununda tək qol VİDEO
-
12:41
Azərbaycan cüdoçuları Universiadada mübarizəyə başlayırlar
-
12:28
"Səbail" sabiq “Neftçi”linin transferini açıqladı
-
12:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:55
Naxçıvanda UEFA-nın C kateqoriyası üzrə kurs keçirilir
-
11:32
"Kəpəz"lə "Sumqayıt" yoxlama matçında üz-üzə gələcəklər
-
11:14
"Neftçi" - "Termalika" matçında 4 qol VİDEO
-
10:46
Rüfət Abdullazadənin menecerindən Firuz Abdullaya minnətdarlıq
-
10:23
"Sumqayıt" Alan Diasla vidalaşdı
-
10:07
"Zirə" "Hayduk"u qəbul edir
-
09:51
Azərbaycan çempionatında ikinci günə yekun vurulub
-
09:30
"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır
-
23:52
Samir Abasov: “Toplanışlarda əsas məqsəd fiziki durumu düzəltməkdir”
-
23:31
Kristian Kostin rəsmən “Neftçi”də
-
22:40
Qurban Qurbanov: “Hazırda rəqibimiz bizdən daha yaxşı durumdadır”
-
21:16
"Zirə"nin UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik edildi
-
21:07
"Neftçi"nin Polşadakı ikinci oyunu FOTOLENT
-
20:29
"Kəpəz"dən yeni transfer
-
18:58
Qismət Alıyev: “Oyuna tam hazırıq”
-
18:43
Rəşad Sadıqov: “İstəyərdim ki, verdiyi açıqlamalarda daha diqqətli olsun”
-
18:05
Salifu Suma “Zirə”dən ayrıldı
-
17:57
“Kəpəz” üçün yeni sponsor
-
16:32
Azərbaycan atleti Skopyedə ölkə rekorduna imza atıb
-
16:14
"Səbail" onun transferini açıqladı
-
15:41
“Neftçi” "Termalika" ilə bərabərə qaldı
-
15:26
“Zirə” yeni formalarını təqdim etdi FOTOLENT
-
14:59
"Qarabağ"ı Dublində nə qədər azarkeş dəstəkləyəcək?
-
14:08
“Araz-Naxçıvan”ın rəqibi “Nant”ın futbolçusunu transfer etdi
-
13:45
“Neftçi” - “Termalika” - CANLI YAYIM VİDEO
-
13:33
“Gəncə”də yeni müqavilə
-
13:20
“Neftçi” Polşa klubuna qarşı bu “11-lik”lə çıxır
-
13:17
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:42
ÇL: Bu gün II təsnifat mərhələsinə start veriləcək
-
12:21
“Səbail” kapitanı ilə yeni müqavilə imzaladı
-
12:04
Azərbaycan təmsilçiləri bu gün Universiadada 6 idman növü üzrə yarışacaqlar
-
11:35
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb
-
11:16
Kamal Umudlu UEFA-dan təyinat alıb
-
10:59
Rüfət Abdullazadə Xorvatiya klubunda
-
10:47
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatına start verilib
-
10:23
“Neftçi” bu gün Polşada növbəti oyununa çıxacaq
-
10:02
Azərbaycan bilyardçısı Avropa çempionatında tarixi nailiyyətə imza atıb
-
09:51
Adil Şükürov: “Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”
-
09:34
Millimizin futbolçusu Rusiyada turun rəmzi yığmasına düşüb
-
09:15
"Sumqayıt" məşqlərini davam etdirir FOTOLENT
23.07.2025
22.07.2025













