Ölkə futbolu
AFFA-dan hakimlərə fiziki təsir göstərən futbolçuya 2 illik cəza
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:
22 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIV turunun “İnter” – “Neftçi” oyununun 25-ci dəqiqəsində “Neftçi” klubunun 19 №-li futbolçusu Mehman Rəsulov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).
23 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Araz-Naxçıvan” – “Şuşa” matçında “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
23 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Turan-T” – “Ağsu” matçının 75-ci dəqiqəsində “Ağsu” klubunun 8 №-li futbolçusu Fariz Ramazanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 89-cu dəqiqəsində “Ağsu” klubunun 6 №-li futbolçusu Azər Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
24 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Karvan” – “Bakılı” matçında “Karvan” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 84-cü dəqiqəsində “Karvan” klubunun 7 №-li futbolçusu Əziz Hüseynovla “Bakılı” klubunun 13 №-li futbolçusu Comərd Baxşəliyev biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 200 manat cərimə olunur (maddə 42.1).
24 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Qaradağ-Lökbatan” – “Neftçala” matçının 55-ci dəqiqəsində “Neftçala” klubunun 19 №-li futbolçusu Qasan Qasanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Matçın 80-ci dəqiqəsində “Qaradağ-Lökbatan” klubunun məşqçisi Nasim Əhmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).
Oyunun 90+5-ci dəqiqəsində “Neftçala” klubunun 7 №-li futbolçusu Nakim Vəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
20 noyabr 2013-cü il U-19 Liqasının “Qarabağ” – “Simurq” oyununun 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun 19 №-li futbolçusu Elvin Nəsibov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
20 noyabr 2013-cü il U-19 Liqasının “Neftçi” – “Rəvan” matçının 82-ci dəqiqəsində “Rəvan” klubunun baş məşqçisi Füzuli Məmmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).
20 noyabr 2013-cü il U-19 Liqasının “Bakı” – “İnter” matçı başa çatdıqdan sonra “Bakı” klubunun 23 №-li futbolçusu Səbuhi Əliyevlə “İnter” klubunun 7 №-li futbolçusu İlkin Sadıqov bir-birini təhqir etdiklərinə görə hər iki futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
20 noyabr 2013-cü il U-19 Liqasının AZAL – “Qəbələ” matçının 76-cı dəqiqəsində “Qəbələ” klubunun 74 №-li futbolçusu Yusif Nəbiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
21 noyabr 2013-cü il U-16 Liqasının “Rəvan” – “Qəbələ” matçının 25-ci dəqiqəsində “Qəbələ” klubunun 4 №-li futbolçusu Elvin Dəmirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
24 noyabr 2013-cü il U-14 Liqasının “Əlincə” – “Rəvan” matçının 57-ci dəqiqəsində “Rəvan” klubunun 17 №-li futbolçusu Vüsal Nağıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
23 noyabr 2013-cü il U-14 Liqasının Gİİ (Qazax) – “Gülül” (Ağstafa) matçının ikinci hissəsində Gİİ klubunun heyətində 7 №-li futbolçu Ayxan Talıbovun əvəzinə lisenziyası olmayan futbolçu Nicat Babayev iştirak etdiyinə görə Gİİ (Qazax) klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
23 noyabr 2013-cü il U-14 Liqasının “Kəpəz” – “Lokomotiv” (Gəncə) matçının 40-cı dəqiqəsində “Lokomotiv” klubunun 15 №-li futbolçusu Şakir Quliyev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
24 noyabr 2013-cü il U-14 Liqasının “Todo” – “Qarabağ” matçında “Todo” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
24 noyabr 2013-cü il U-14 Liqasının “Dinamo” (Yardımlı) – UGİM (Neftçala) matçının 55-ci dəqiqəsində UGİM klubunun 2 №-li futbolçusu Böyükkişi Məcidov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.1).
17 noyabr 2013-cü il Coca-Cola U-13 Liqasının “Toxucu” (Gəncə) – UGİM (Göygöl) matçının 46-cı dəqiqəsində UGİM komandasının 11 №-li futbolçusu İlkin Səmədli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
23 noyabr 2013-cü il Coca-Cola U-13 Liqasının UGİM (İmişli) – Xocavənd matçında UGİM klubu 3 dəfə oyunlarda iştirak etmədiyi üçün yarışlardan kənarlaşdırılır (maddə 56).
24 noyabr 2013-cü il Coca-Cola U-13 Liqasının Arzu UGİM-1 – FT Gimnaziya (Gəncə) matçının 21-ci dəqiqəsində FT Gimnaziya klubunun 16 №-li futbolçusu Alı Çobanov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).
24 noyabr 2013-cü il Coca-Cola U-13 Liqasının “Məhsul” (Cəlilabad) – UGİM (Masallı) matçının 48-ci dəqiqəsində “Məhsul” klubunun 14 №-li futbolçusu Həsən Həsənov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
24 noyabr 2013-cü il Coca-Cola U-13 Liqasının “Muğan” – “Masallı” matçının 23-cü dəqiqəsində “Muğan” klubunun 10 №-li futbolçusu Elxan Məcidov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
24 noyabr 2013-cü il Coca-Cola U-13 Liqasının UGİM (Biləsuvar) – UGİM (Neftçala) matçının 39-cu dəqiqəsində UGİM (Biləsuvar) klubunun 11 №-li futbolçusu Əlverdi Hüseynzadə komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.1).
24 noyabr 2013-cü il Atena U-12 Liqasının “Todo” – “Qarabağ” matçında “Todo” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
24 noyabr 2013-cü il U-11 Liqasının UGİM (Göyçay) – “Şirvan” matçında UGİM klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
24 noyabr 2013-cü il U-11 Liqasının “Dalğa” (Lənkəran) – UGİM (Lənkəran) matçında UGİM klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
24 noyabr 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Şəfəq” – “Bayıl Rovers” matçında “Bayıl Rovers” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
24 noyabr 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Adığün” – “Neftçala” matçının 39-cu dəqiqəsində “Adığün” klubunun 14 №-li futbolçusu Yaşar Ələddinovla “Neftçala” klubunun 47 №-li futbolçusu Emil Tağıyev aqressiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
Oyunun 46-cı dəqiqəsində “Neftçala” klubunun 3 №-li futbolçusu Ruslan Əkbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Matç başa çatdıqdan sonra “Adığün” klubunun 5 №-li futbolçusu Bəxtiyar Bayraqdarov hakimlərə fiziki təsir göstərdiyinə görə futbolçunun 2 il müddətinə futbolla bağlı fəaliyyətinə qadağa qoyulur (maddə 38.7).
21 noyabr 2013-cü il Futzal üzrə Azərbaycan çempionatının “Ekol” – “Qarabağ veteranları” matçının 22-ci dəqiqəsində “Qarabağ Veteranları” klubunun 23 №-li futbolçusu Sahib Məmmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
22 noyabr 2013-cü il Futzal üzrə Azərbaycan çempionatının “Fənərbaxça” – “Bakı Flames” matçının 26-cı dəqiqəsində “Bakı Flames” klubunun 15 №-li futbolçusu Tural Qurbanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 37-ci dəqiqəsində “Bakı Flames” klubunun direktor köməkçisi Namiq İbrahimov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- II turun hakim təyinatları açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
- "Zirə" "İmişli"ni məğlub etdi
-
14:00
AFFA-dan hakimləri təhqir edən futbolçuta 4 oyunluq cəza
-
13:21
"Neftçi" serbiyalı legionerlə müqavilə bağlayıb
-
12:48
Şahin Bağırov Samuxda yeniyetmə voleybolçularla görüşüb
-
12:05
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
-
11:34
Azərbaycan millisinin üzvü “Murov Az Terminal”a keçib
-
11:17
Dadaşov Ukrayna klubunda
-
10:56
“Barselona” “Feyenoord”u darmadağın etdi VİDEO
-
10:42
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:23
Zubir yeni klubu ilə müqavilə bağladı
-
10:09
Ronaldo 979-a çatdı
-
09:51
"Qalatasaray" ÇL-ə məğlubiyyətlə başladı VİDEO
-
09:30
Şeydayevin komandası kubokla vidalaşdı
-
19:29
"Şahdağ Qusar" daha bir iddialı rəqibini məğlub etdi
-
18:42
Azərbaycan millisi Moldovaya məğlub oldu
-
18:13
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
-
18:01
Maykl Karrik “Sabah”la oyundan danışdı
-
17:38
Milli Paralimpiya Komitəsində parataekvondoçularla görüş keçirilib
-
16:55
16 cüdoçumuz Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq
-
16:24
Azərbaycan millisinin üzvü "Turan"a transfer olunub
-
16:00
Azərbaycanın iki paraüzgüçüsü Avropa çempionatında finala yüksəlib
-
15:47
Millimiz yenə gürcülərə uduzdu - bu dəfə darmadağın
-
15:16
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
-
14:59
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə I dan dərəcəsi üzrə imtahan keçiriləcək
-
14:32
"Araz-Naxçıvan"ın hücumçusu Burundi millisinə dəvət olunub
-
14:03
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
-
13:41
Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib
-
13:28
Cüdonun kata növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
13:15
Amerikalı oyunqurucusu "Neftçi"də
-
12:54
"Murov Az Terminal"dan növbəti transfer
-
12:37
Azərbaycanın kayak və kanoeçiləri Belarusda mübarizə aparacaqlar
-
12:00
"Borussiya" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:29
Tələbələrin dünya çempionatında qalib olan ilk Azərbaycan atleti
-
11:12
"Sabah" braziliyalı hücumçu ilə gücləndi
-
10:53
Millimizin rəqibi Gürcüstana qalib gəlib
-
10:31
“Rakuv”un yeni baş məşqçisi müəyyənləşdi
-
10:08
AFFA-nın “yad balaları” və ya “Şəfa”lı dejavü...
-
09:45
Zubirin transferində gözlənilməz problem
-
09:24
“Kür-Araz" - "Şəki" matçında 3 qol VİDEO
-
18:17
Yeni klubu Koxalskini təqdim etdi
-
17:43
II Liqada 12 oyunun vaxtı açıqlandı
-
17:05
"Neftçi" kanadalı legionerlə müqavilə bağlayıb
-
16:29
“Karvan-Yevlax” koreyalı legioner transfer etdi
-
15:58
“Sumqayıt”dan azarkeşlərə jest
-
15:36
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
-
15:12
"Kəpəz" - "Qəbələ" oyunu bir dəqiqəlik sükutla başlayacaq
-
15:00
Mateuş Koxalski: "Qarabağ"da Çempionlar Liqasında oynamaq arzumu gerçəkləşdirdim"
-
14:44
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat VİDEO
-
14:21
Koxalski “Qarabağ”dan rəsmən getdi
-
14:07
Bakı İqlim Həftəsi çərçivəsində "Neftçi"nin U-16 komandası üçün seminar keçirilib
10.09.2026
09.09.2026
08.09.2026
























