Ölkə futbolu
Ayxan Abbasov 200 oyunu xatırladı: “Hər bir komandanın ilkləri heç vaxt unudulmur”
"Sumqayıt”la matçın 200-cü olduğunu oyundan sonra bildim. Bu barədə fikirləşməmişdim. Düzdür, 200-ə yaxın olduğunu bilirdim. Amma sırf bu matçın olduğundan məlumatsız idim”.
Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Sumqayıt”la matçda Azərbaycan çempionatlarında baş məşqçi kimi 200-cü dəfə komandasını meydana çıxaran “Şamaxı”nın çalışdırıcısı Ayxan Abbasov deyib.
O, statistikadan xəbər tutduqdan sonra 200 matçla bağlı bir qədər düşündüyünü bildirib: “Premyer Liqadakı ilk oyunum yadıma düşdü. Əlbəttə, 200 az rəqəm deyil. Əlavə olaraq Avroliqa, Konfrans Liqası, kubok matçları da var. Premyer Liqada baş məşqçi kimi 4 komandada çalışmışam. Uğurlar da olub, acı məğlubiyyətlər də. Bütün bunlar inkişafa gətirib çıxarıb, təcrübə yığmışıq. 200 oyunla bağlı bunları xatırladım”.
43 yaşlı mütəxəssis ilk oyununun AZAL-a qarşı olduğunu xatırlayıb: “Tovuzda işləyəndə bilirdim ki, oyun sayı 200-ə yaxındır. Lakin sonra statistika ilə maraqlanmamışdım. İlk oyunum “Zirə”də olub, AZAL-a qarşı çıxış edirdik. Qış fasiləsindən sonra idi. Məqsəd Avroliqaya vəsiqə qazanmaq, 4-lüyə düşmək idi. Lakin bu, heç də asan deyildi. Çünki həmin vaxt “Qarabağ”, “Qəbələ” və “Neftçi” çox güclü idi. Digər klublar arasında əsas mübarizə 4-cü yer uğrunda gedirdi. Düzdür, ona qədər təcrübəm var idi. Həm əvəzedicilərdə, həm də köməkçi məşqçi kimi işləmişdim. Lakin Premyer Liqada başqadır. Həyəcan var idi. İlk oyunlarda hiss edirdim ki, bəzi situasiyalarda təcrübə lazımdır”.
“200 oyun arasında ən uğurlu və uğursuz 3 matç kimi hansıları fərqləndirərdiniz?” sualını A.Abbasov belə cavablandırıb: “Seçiləsi oyunlar çoxdur. Eləcə də üzüləsi. Çempionatda “Zirə” ilə Avroliqaya vəsiqə qazandıq, orda mərhələ keçdik. “Sumqayıt”dakı uğurlar yadda qalıb. Çünki hamısı ilklər idi. Komanda həm tarixində ilk dəfə Konfrans Liqasına vəsiqə qazandı, həm 2 dəfə kubokun finalına çıxdı, həm də bürünc medal qazandı. Bütün oyunlar udunulmazdır, hər biri tarix idi. Hər bir komandanın ilkləri heç vaxt unudulmur. “Turan Tovuz”da da xatırlanası oyunlar olub. “Neftçi” ilə kubokun cavab matçında son saniyələrdə qapımızda qol görməsəydik, orda da final həyəcanı yaşaya bilərdik. İlk ildə finala vəsiqə “Turan Tovuz” adına böyük uğur olardı. Təəssüf ki, bunun üçün bir neçə dəqiqə çatmadı. Üzüldüyüm oyunların içərisində ən birincisi odur. Amma qısaca desək, 200 oyunun hamısı, eləcə də avrokuboklardakı matçların hər biri dəyərlidir”.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- 19 illik rəqabətin növbəti hissəsi: “Turan Tovuz”un adı gənc futbolçularımız üçün motivasiyadır”
- Azər Bağırovdan qələbə şərhi
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- AFFA-dan hakimlərə xüsusi tapşırıq - ÖZƏL
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- Azərbaycan millisinin qrupunda 12:0 hesabı
- Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
- “Qurban olum, Qurban hocaya”
- Zidan hazırda ən çox bəyəndiyi 3 futbolçunun adını açıqladı
- Osihmen “Neftçi”nin futbolçusunun arzusunu puç etdi
- Bakı Olimpiya Stadionunun son durumu - “Qarabağ” burada necə oynasın?
- “Neftçi” transfer bombasını partladır: Abubakar bu gün gəlir!
- İmad Faraj: “Hakimlər hər tur “Neftçi”ni “öldürürlər”
- Pərviz Qaraxanov: “Çempionluq yolunda qələbə bizim üçün vacib idi”
- Bəhlul Mustafazadə: “Oyunun ən yaxşısı seçilsə də, boynuna nəsə qoymaq olmur, əli bərkdir”
-
22:55
DÇ: Qadın güləşçimizdən bürünc medal
-
22:04
"Neftçi" Qəbələdə oyunöncəsi məşqə çıxdı FOTOLENT
-
21:38
“Zirə” - “Sumqayıt” matçında tək qolla VİDEO
-
21:16
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
-
20:42
“İkinci hissədə biz daha üstün idik”
-
20:20
“Araz Naxçıvan”dan əzmkar heç-heçə, “Zirə”dən qələbə
-
19:37
"Araz-Naxçıvan"ın heç-heçəsi VİDEO
-
19:11
Elmar Baxşıyev: “Hakimlər bizə bir az fərqli yanaşırlar”
-
16:53
"Avrokuboklar rekorduma təəccübləndim”
-
14:39
“Millimizin Avropa çempionatında gümüş medal qazanması mütləq uğurdur”
-
12:04
Renat oynadı, “Motor” 3 qolla qalib gəldi
-
11:49
Cəlal ehtiyatda qaldı, komandasından heç-heçə
-
11:25
Filip Ozobiç: “Biz asan qələbə gözləmirdik”
-
10:52
"Lids" - "Vest Hem" matçında 3 qol VİDEO
-
10:37
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:21
"Real Sosyedad" "Sevilya"ya qalib gəldi VİDEO
-
10:06
Beş boksçumuz Avropa çempionatında finala vəsiqə qazanıb
-
09:48
"Milan"dan gözlənilməz xal itkisi VİDEO
-
18:57
"Turan Tovuz"dan qələbə, "Kəpəz" uduzdu
-
18:22
“Turan Tovuz”dan əzmkar qələbə VİDEO
-
18:11
Əyyub Allaş fərdi məşqlərə başlayıb
-
17:45
Azər Həşimov: “Məğlubiyyətə layiq deyildik”
-
17:00
Kurban Berdıyevdən qələbə şərhi
-
16:36
Uels Azərbaycan millisinə 7 qol vurdu
-
16:14
Abubakarın "Neftçi"dəki ilk məşqi VİDEO
-
15:48
Azərbaycanın paralimpiya çempionu dünya reytinqində liderliyini qoruyur
-
14:27
Azərbaycan klubu legioneri ilə yollarını ayırıb
-
13:53
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının tarixi dəyişdirilib
-
13:19
Benitesin yeni iş yeri bilindi
-
12:31
Cəbəllütariq klubundan tarixi qələbə
-
11:46
Futzal millimizin İslamiadadakı rəqibləri müəyyənləşib
-
11:24
Sloveniya UEFA reytinqində Azərbaycana yaxınlaşır
-
10:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Yeniyetmə güləşçilərimiz Estoniyada 7 medal qazanıblar
-
10:17
Avropa çempionatı: İki boksçumuz finalda, biri yarımfinalda
-
09:43
"Fənərbaxça" "Ştutqart"a belə qalib gəldi VİDEO
-
18:21
Hamşikin oğlu Danimarka klubunda
-
17:33
Region birinciliyinin qalibləri müəyyənləşib
-
17:19
ATF-nin icraçı vitse-prezidenti Baş Assambleyada iştirak edib
-
16:57
“Səbail” qələbəni əldən verdi
-
16:04
“Şamaxı”dan ayrılan legioner ikinci liqa klubunda
-
15:26
PFL ayın ən yaxşı qolunun müəllifini mükafatlandırdı
-
14:45
İslamiadada Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb
-
14:32
Azərbaycanın FIFA referisi beynəlxalq təyinat alıb
-
14:18
“Sumqayıt” ötən ay heyətinə qatdığı oyunçu ilə vidalaşdı
-
13:53
Daha 3 boksçumuz Avropa çempionatının yarımfinalında
-
13:21
Navarro: "Qarabağ"la oyunda əziyyət çəkdik"
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:47
19 illik rəqabətin növbəti hissəsi: “Turan Tovuz”un adı gənc futbolçularımız üçün motivasiyadır”
-
12:14
“Qarabağ”ın futbolçusu avrokubokların tarixinə düşdü
25.10.2025
24.10.2025
23.10.2025























