25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Sumqayıt”dan antirekord

Azərbaycan Premyer Liqasının 14-cü turu “Sumqayıt” klubu üçün antirekordla əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi öz meydanında “Simurq”a uduzmaqla (0:1) qələbəsiz oyunlar seriyasını 11-ə çatdırıb. Aqil Məmmədovun yetirmələri sonuncu dəfə 4-cü turun avqustun 19-da baş tutan “Qəbələ”yə qarşı ev oyununda əldə etmişdi - 2:1. Bu, həm də, komandanın cari mövsümdəki tək qələbəsidir.

Həmin vaxtdan qalib gələ bilməyən komanda indiyədək ən pis halda ardıcıl 10 görüşdə qələbə qazanmamışdı. Premyer Liqada 2011/12 mövsümündə debüt edən sumqayıtlılar startdakı 10 matçda qalib gələ bilməmişdi. 2011-ci il oktyabrın 30-da “Sumqayıt” AZAL üzərində 2:1 hesablı qələbə ilə uğursuz seriyasını dayandırmışdı.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30