30 Mart 2020, Bazar ertəsi
Rüştü də koronavirusa yoluxdu
AFFA-dan veteranlara dəstək
Millimizin 2 üzvü karantinə alındı
“Azərbaycanda çox yer bağlıdır”

Ölkə futbolu

AZAL-ın ən uğursuz seriyası

Bakının AZAL klubu antirekorda imza atıb. Futbolxeber.az-ın məlumatına görə, sonuncu qələbəsini Azərbaycan Premyer Liqasının 6-cı turunun “Qarabağ”la səfər oyununda qazanan (1:0) paytaxt təmsilçisi həmin vaxtdan qalib gələ bilmir. Son turda “Qəbələ” ilə səfər oyununda məğlub olan Vaqif Sadıqovun yetirmələri (0:1) 9 məğlubiyyətlə AZAL tarixinin ən uğursuz seriyasına imza atıb.

2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən komanda indiyədək ən pis halda ardıcıl 8 qarşılaşmada qələbəyə həsrət qalmışdı. AZAL 2 dəfə belə seriya yaşayıb. Onlardan biri 2005/06 mövsümündə qeydə alınıb və 2006-cı il martın 12-də “Göyəzən” üzərində 2:0 hesablı qələbə ilə başa çatıb. Həmin mövsüm başlayıb və növbəti çempionatda başa çatan digər seriya isə 2006-cı il avqustun 21-də “Turan”ı bir cavabsız qolla məğlub etdikdə qırılıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2020
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31