25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Qara Qarayev: "Qarabağ"ın adına layiq şəkildə mübarizə aparacağıq"

"Rəvan"la oyuna eyni qaydada hazırlaşırıq. Milli oyunlarla əlaqədar fasilə yarananda istər-istəməz kollektiv çalışmaya təsir edir". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın üzvü Qara Qarayev deyib.

Ağdam klubunun rəsmi saytına danışan Qara "Rəvan"la ilk dövrədə xal itirdikləri oyunu unutmadıqlarını qeyd edib: "Amma istənilən halda meydana qələbə üçün çıxacağıq. Düzdü, itkilərimiz var, amma inanıram ki, bu oyunumuza təsir etməyəcək. "Rəvan"ın turnir cədvəlindəki mövqeyi heç kimi aldatmamalıdır. Bütün oyunlar 90 dəqiqə mübarizə tələb edir. Ümumiyyətlə premyerliqada zəif rəqib anlayışı qalmayıb. Üstəlik, "Rəvan"da baş məşqçi dəyişikliyi baş verib. Yəqin, bizimlə oyuna yaxşı hazırlaşıblar. Çətin oyun olacaq. İlk dövrədəki oyunu unutmamışıq. Çox üstün futbol sərgiləsək də, 1 xalı son dəqiqələrdə vurduğumuz qolla qazanmışdıq. Eyni gərginliyi yenidən yaşamaq istəmirik. Meydana kim çıxırsa çıxsın "Qarabağ"ın adına layiq şəkildə mübarizə aparacağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30