4 Avqust 2025, Bazar ertəsi
Joni Montiel rəsmən “Qarabağ”da
Elmar Baxşıyevin möhürü
“Neftçi” AEL-lə heç-heçə oynadı
Andrade: “Xarakter göstərdik”

Ölkə futbolu

Miroslav Kloze Mahir Emrelini təriflədi

Almaniyanın "Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transferi haqqında danışıb.

Futbolxeber.az saytının "Bild"ə istinadən verdiyi məlumata görə, 27 yaşlı futbolçunu tərifləyən 2-ci Bundesliqa təmsilçisinin çalışdırıcısı Emrelinin yaxşı təcrübəyə malik olduğunu bildirib: "Mahiri komandaya gətirməklə bizdə çatışmayan, bir az fərqli keyfiyyətləri olan, yaxşı bir oyunçu qazandıq. Onun yaxşı təcrübəsi var.  Emreli ikinci liqanın fiziki tələbatına cavab verən möhkəmliyə malikdir. Robin Knok (digər yeni transfer - red.) kimi əla xarakterə sahibdir. O, çox yaxşı futbolçudur. Əla zərbələri var. Topla yaxşı oynaya, qaça bilir və boşluqları hiss edir”.

Qeyd edək ki, "Nürnberq" Mahir Emreli ilə 1 illik müqavilə imzalayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31