19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Mahmud Qurbanov: "Bu yükün altına girdiyim üçün peşman deyiləm"

 

“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız sabah Premyer Liqanın 25-ci turu çərçivəsində "Xəzər Lənkəran"la qarşılaşacaq. Oyuna hazırlıq necə gedir?

- Həmişəki kimi, “Xəzər Lənkəran”la oyuna da ciddi hazırlaşırıq. Cədvəldə rəqibdən xeyli aşağı pillədə qərarlaşsaq da, oyuna çıxıb, bütün gücümüzlə mübarizə aparacağıq. “Xəzər Lənkəran”ın indiki durumu çox da yüksək səviyyədə deyil. Doğrudur, güclü futbolçuları var, komandanı meydana yeni baş məşqçi çıxaracaq. Aydın məsələdir ki, oyunun favoriti onlar sayılır. Ancaq biz də əlimizi yanımıza salıb, dayanmaq fikrində deyilik. 1 xal ala bilsək yaxşı, 3 xal ala bilsək, lap yaxşı olar.

- “Kəpəz” hazırda 10 xalla cədvəldə sonuncudur. Klubun bu mövqedə qərarlaşması komandakı ab-havaya yəqin ki, pis təsir edir.

- Desəm ki, hər şey yaxşıdı, yalan olar. Əlbəttə, komandanın belə mövqedə qərarlaşması futbolçulardan tutmuş, rəhbərliyə qədər hamını narahat edir. Buna baxmayaraq, biz hər oyundan qabaq bunu unutmağa çalışaraq, görüşlərə qələbə ümidilə çıxırıq.

- "Xəzər Lənkəran"ın son turda AZAL-a qarşı keçirdiyi oyunu izləmisiz?

- Yox, həmin görüşə baxmamışam.

- Bunu təsadüfən soruşmadım. Öyrənmək istəyirdim ki, Toşakın rəhbərlik etdiyi kollektivlə sizin cari mövsümdə daha əvvəl qarşılaşdığınız "Xəzər Lənkəran" arasında hansı fərqlər var?

- Dediyim kimi, komandanın son oyununa baxmamışam. “Xəzər Lənkəran”la sonuncu qarşılaşmamızda  komandaya Bakes başçılıq edirdi. Həmin qarşılaşmada 0:1 hesabı ilə uduzduq. Rəqib penaltidən, oyunun əvvəlində fərqləndi. Bizim isə xeyli qol epizodumuz olsa da, bundan yararlana bilmədik və uduzduq.

- Çempionatın sonuna 8 tur qalıb. Komandanız 10-cu pillədən 18 xal geridədi. “Kəpəz”in bu mövsüm Premyer Liqada qalacağına ümidinizi hələ də qalıb?

- Çox çətin vəziyyətdi. Yüksək liqada qalmaq şansımız demək olar ki, yoxdur. Buna baxmayaraq, komandanı yenidən toparlamağa çalışırıq. Aşağı diviziona düşəsi olsaq da, “Kəpəz”i yenidən yüksək liqaya çıxarmaq üçün əlimizdən gələni edəcəyik.

- Belə başa düşdüm ki, komandanız birinci diviziona yuvarlansa da, vəzifənizdən ayrılmaq haqda düşünmürsünüz...

- Buna mən qərar vermirəm. Hər şey rəhbərliyin qərarından asılı olacaq.

- Rəhbərlik bu qərarlı sizin öhdənizə buraxsa, necə?

- Əlbəttə, mən komandada qalmaq istəyərəm. Ən azından ona görə ki, “Kəpəz”i yenidən Premyer Liqaya qaytarım.

- Siz "Kəpəz"ə gələndə komandanın çətin vəziyyətdə olduğu, maddi vəziyyətin ürəkaçan səviyyədə olamdığını bilirdiniz. Ağır yükün altına girdiyiniz üçün peşman deyilsiniz?

- Qətiyyən peşman deyiləm. Çünki, "Kəpəz"ə öz istəyimlə gəldim. Sadəcə olaraq, Azərbaycanın futbol tarixində xüsusi yeri olan bir komandanı tək qoymaq istəmədim.

- Ölkəmizin ən titullu futbolçusunuz. Amma məşqçi kimi işiniz uğursuz alınır. Düşünmürsünüz ki, bu məqam imicinizə xələl yetirir?

- Mən belə düşünmürəm. Ona görə ki, futbolçuluq və məşqçilik bir-birindən fərqlənən, ayrı-ayrı peşələrdi. Futbolçu kimi qazandığım uğurları məşqçilik fəaliyyətimdə də əldə etməyə çalışıram. Bu sahədə hələ gənc olsam da, təcrübə toplayıb, gələcəkdə nailiyyətlər qazanacağıma inanıram.

Sahib ZEYNALOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30