20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qəbələ”də məşqçilər mənə şans vermədi"

 

"Hazırlıq, şükür Allaha, yaxşı keçir. Hər gün məşq edirik. Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Hər şey qaydasındadır. Ümumiyyətlə, biz hər bir oyuna hərtərəfli hazırlaşırıq. "Sumqayıt”la matç da bu baxımdan istisna deyil. Turnir cədvəlindəki vəziyyətimiz bizi məhz 3 xala oynamağa məcbur edir. Bu rəqibdən uzaqlaşmaq üçün qələbə mütləqdir. Əlimizdən gələni edəcəyik ki, final fitindən sonra sevinən tərəf biz olaq”.

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Rəvan"ın futbolçusu Nodar Məmmədov deyib.

Klubun rəsmi saytına danışan Məmmədov ötən həftə baş tutan və bir sıra məqamları ilə "Rəvan”ın tarixinə düşən "Turan”la oyun (6:2) barədə bunları söyləyib: "İlk qoldan sonra bir qədər rahatlaşma oldu, məncə. Ancaq Premyer Liqa matçlarında belə hala yol vermək olmaz. Çünki istənilən rəqib başağrısı ola bilər. Üstəlik, müdafiədə səhvlərə də yol verdik. Yaxşı ki fasilə zamanı baş məşqçi futbolçuları "ayılda” bildi. Məhz onun tənbeh, tənqid və tələblərindən sonra əla ikinci hissə keçirdik. Ümid edirəm ki, uğurlu oyunlar seriyasını bu həftə də davam etdirəcəyik”.

 Sonda "4” nömrə yenidən Azərbaycan millisinə dəvət alacağına ümid etdiyini deyib: "Özümü yığmada oynamağa hazır sayıram. Daha öncə "Qarabağ”da oynayarkən yığmaya cəlb olunurdum. "Qəbələ”də isə məşqçilər mənə şans vermədi və belədə millidən uzaq düşməyim normal idi. İndi isə daim oynayıram və özümü milli üçün hazır sayıram. Ancaq hər şey baş məşqçidən asılıdır. Gərək onun dəvəti olsun əvvəlcə. İstənilən halda, xoş günlərin birində yenidən milli formanı geyəcəyimə dair ümidimi itirmirəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30